"Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirildi - FOTOLAR
Marsol Academy-nin təşkilatçılığı ilə 4 oktyabr tarixində "Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirilib.
azxeber.com xəbər verir ki, "Kavkaz Logistics"in baş sponsorluğu, "Premium Residence"in sponsorluğu ilə keçirilən təlimdə Marsol Group partnyorları, müxtəlif sahələrdə fəaliyyət göstərən rəhbərlər və peşəkarlar iştirak ediblər.
Beynəlxalq Protokol Mütəxəssisi İhsan Ataöv tərəfindən aparılan təlimdə effektiv liderlik, korporativ davranış, peşəkar imic və ünsiyyət bacarıqları ilə bağlı nəzəri və praktiki məlumatlar təqdim olunub. Təlimçi 6 il Türkiyə Prezident Administrasiyasında protokol sahəsində çalışıb, 40-dan çox ölkədə və 100-dən çox beynəlxalq səfərdə rəsmi protokol fəaliyyətində iştirak edib.
Təlim çərçivəsində liderlik modelləri, menecer və lider arasındakı fərqlər, bədən dili, peşəkar imic, səlahiyyətlərin delegasiyası, stress və zamanın idarə olunması, eləcə də strateji düşüncə kimi mövzular müzakirə olunub.
İştirakçılar liderlik bacarıqlarının inkişafı, komandanın effektiv idarə olunması və korporativ mühitdə peşəkar nüfuzun formalaşdırılması ilə bağlı praktiki yanaşmalarla tanış olublar.
Təlimin sonunda tədbirin keçirilməsinə göstərdikləri dəstəyə görə baş sponsor "Kavkaz Logistics"ə və sponsor "Premium Residence"ə təşəkkür plaketi təqdim olunub.









Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanla delimitasiya prosesi... - Kobaxidze
Biləsuvarda bıçaqlanan 26 yaşlı kişi ölüb, saxlanılan var - ƏLAVƏ OLUNUB
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
Cəbrayılın azadlığı – Tarixi qələbəmizin təntənəsi
"Cəbrayılın azadlığı Zəfər yolunun mühüm mərhələsi idi" – Deputat
Ronaldodan gözlənilməz qərar
Nərimanovda tikintisi davam edən mənzillər üçün yeni satış şərtləri
Müstəqil xarici siyasət Azərbaycanın beynəlxalq çəkisini və təsir imkanlarını artırır - RƏY
Millimiz Litvanı məğlub edib
6 il əvvəl həbs edilən polkovnik dünyasını dəyişdi
Biləsuvarda 26 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilib
Ağstafada iki qardaş kafedə xəsarət alıb
Dünya birjaları: neftin qiyməti