"Ukrayna xalqı artıq müharibədə qalib gəlib, çünki..." - SENSASİON AÇIQLAMA

Hazırda Rusiya-Ukrayna müharibəsi davam edir və Tramp Putinlə ortaq məxrəcə gələ bilmir. Eyni zamanda Zelenski də bəzi məqamlarla razılaşmır. Belə olan halda müharibə uzanır. Maraqlıdır, Ukraynada müharibə kimin xeyrinə bitəcək?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Natiq Miri bildirib ki, Tramp hakimiyyətə gələndən sonra vəziyyət dəyişib:
"ABŞ lideri öz qərarı ilə Ukraynaya bir ədəd patron belə göndərməyib. Hətta kosmosdan Ukraynaya verilən kəşfiyyat məlumatları da dayandırılmışdı. Digər tərəfdən, Trampın Ukraynanın maraqlarını nəzərə almaması, vəziyyəti nisbətən Rusiyanın xeyrinə dəyişib. Ancaq cəbhədə elə də ciddi dəyişikliklər mövcud deyil. Bu baxımdan müharibə hələ bir müddət davam edəcək. Çünki rəsmi Moskva ABŞ-Rusiya münasibətlərindən və münbit mühitdən istifadə edərək zaman qazanmağa çalışır və yenidən toparlanıb bütün cəbhə boyu hücuma keçməklə daha böyük ərazilər almaq istəyir. Ən azı 4 vilayətin Rusiyaya birləşdirilməsi ilə bağlı bütün inzibati sərhədlərə çatmaq, mümkün olarsa, Xarkov, Sumı və Dnepri özündə birləşdirmək məqsədi güdür. Buna görə də, Rusya Ukraynanın enerji bloklarına zərbələr endirir və Kiyev adekvat cavab verir. Bu da atəşkəsi sual altına qoyur. Tramp atəşkəsin aprelin 20-nə qədər əldə olunmasını istəyir və tarixdə qalmağa çalışır. Amma bu qərarın olacağı böyük şübhələr yaradır".
Qələbə məsələsinə gəlincə politoloq bildirib ki, artıq Ukrayna xalqı qalibdir:
"Söhbət daha çox ərazi işğalından getmir. Rusiya üç günə Kiyevdə hərbi parad keçirmək istəyirdi və özünü dünyanın ən güclü ölkəsi sayırdı. Amma Ukrayna xalqının iradəsi Rusiyanı dayandırdı. Onlar hətta rus əsgərlərini Kiyev sərhədindən Rusiyanın içərilərinə doğru qovmağı bacardılar. Bu, rus "hərb maşını"nın sınması deməkdir. Ərazilər işğal etməsinə rəğmən bu, Rusiyanın hegemon dövlət nüfuzuna ciddi zərbə oldu. Ancaq Avropa və ABŞ-ın yardımı olmadan Ukrayna cəbhəni əlində saxlaya bilməz. Əgər Kiyevə silah və ciddi maliyyə resursları ayrılsa, bu, uzunmüddətli müharibədə Rusiyanın iqtisadiyyatını çökdürəcək. Əgər Rusiya Trampla oynamağa qərar versə, bu, Moskva üçün acı nəticələrə gətirib çıxaracaq. Ortada çox böyük qeyri-müəyyənlik var. Müharibənin taleyi ABŞ və Avropa Birliyinin Ukraynanı nə qədər müdafiə edəcəyindən asılıdır".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 03 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər azərbaycanda cəbhədən son xəbərlər xəbərlər apa.az xeberler