Ukrayna Xarici İşlər nazirinin müavini ermənipərəst deputatın ona qarşı bəyanatlarını "absurd teatrı" adlandır

Ukrayna Xarici İşlər nazirinin müavini ermənipərəst deputatın ona qarşı bəyanatlarını "absurd teatrı" adlandırUkrayna Xarici İşlər nazirinin müavini ermənipərəst deputatın ona qarşı bəyanatlarını "absurd teatrı" adlandır
Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar "Xalqın xidmətçisi" Partiyasının deputatı Darya Volodinanın Türkiyədə 1915-ci il "erməni soyqırımı"nın tanınmaması mövzusunda ölkənin rəsmi mövqeyinin izah olunduğu məktubla bağlı fikirlərini "absurd teatrı" adlandırıb.
"İnterfaks"ın məlumatına görə, bu sözləri V.Bodnar "Facebook" hesabında Dövlət Təhqiqat Bürosu tərəfindən başladılmış icraatı şərh edərkən yazıb.
"Absurd teatrı, üç pərdəli pyes. Ukraynanın Xalq Deputatı ölkənin xarici siyasət mövqeyinə görə Xarici İşlər Nazirinin müavinini məsuliyyətə cəlb etmək istəyir!", - deyə V.Bodnar bildirib.
Bodnar öz fəaliyyətində Ukraynanın milli maraqlarını və mövqelərini müdafiə etdiyini və mövcud qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində hərəkət etdiyini qeyd edib.
"Məktubda mənim şəxsi mövqeyim deyil, Ukraynanın rəsmi mövqeyi əks olunub. Heç kimin milli hisslərini təhqir etmək fikrində deyildim. Fəaliyyətimin peşəkarlığına və səmərəliliyinə birbaşa rəhbərim - Xarici İşlər Naziri, eləcə də zərurət olduqda dövlət və hökumət rəhbərliyi qiymət verir", - deyə Bodnar vurğulayıb.
O, həmçinin şərəfini, ləyaqətini və adını bütün qanuni yollarla qorumağa hazır olduğunu da söyləyib.
Ukraynanın xalq deputatı Darya Volodina Dövlət Təhqiqat Bürosuna ərizə ilə müraciət edib. O, cümə axşamı "Teleqram" kanalında Bodnara qarşı Ukrayna Cinayət Məcəlləsinin 367-ci maddəsi (vəzifə səhlənkarlığı) ilə cinayət işi açıldığını bildirib.
Xatırladaq ki, bir qədər əvvəl D.Volodina "Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı birtərəfli bəyanatların peşəkar səriştəsizliyin göstəricisi olduğunu" bildirmiş və V.Bodnarı intizam məsuliyyətinə cəlb etməyə, həmçinin yazdığı məktubun geri çağırılmasına çağırış etmişdi.
Söhbət V.Bodnarın Osmanlı İmperiyasındakı faciəvi hadisələrin 105 illiyi kontekstində 2020-ci ilin aprelində dövlət orqanlarına göndərdiyi məktubdan gedir. Məktubda Ukraynanın rəsmi şəkildə Osmanlı İmperiyasında 1915-ci ilin yazından 1916-cı ilin payızına qədər xristian, etnik erməni əhalinin məhv edilməsini erməni xalqının soyqırımı kimi tanımadığı göstərilir və Ermənistanın da həmçinin 1932-1933-cü illər "Qolodomor"unu soyqırım kimi tanımadığı vurğulanır. /oxu.az

Siyasi       Tarix: 08 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


yeni xeberler azerbaycan xeberleri son xeberler xankendi qurban bayrami 2026 maşın realiti şou xeber az