Ukrayna XİN "üçüncü tərəf"lə bağlı İrana SƏRT CAVAB VERDİ - VİDEO
Ukrayna Xarici İşlər Nazirliyi "üçüncü tərəf"lə bağlı İrana sərt cavab verib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko "Ukrainska Pravda" nəşrinə açıqlamasında bildirib.
Ukrayna XİN nümayəndəsi İran tərəfinin bəzi üçüncü tərəflərin təsiri ilə bağlı bəyanatına sərt cavablandırıb. Diplomat İranın dronlarının Rusiyaya satışını xatırladıblar.
Onun sözlərinə görə, yeganə "üçüncü tərəf" Rusiya ordusunun xidmətində olan İran pilotsuz təyyarələridir.
"Yeganə "üçüncü tərəf" Ukraynanın artıq birbaşa öz səmasında vurduğu İran pilotsuz təyyarələridir. Ukrayna ilə münasibətlərin pozulmasına görə bütün məsuliyyəti Tehran daşıyır", – məlumatda deyilir.
Eyni zamanda, Nikolenko deyib ki, İran ukraynalıları öldürmək üçün Rusiya Federasiyasına silah tədarükünü dərhal dayandırmalı, bunu "xarici təsir" fantaziyaları ilə əsaslandırmamalıdır.
Xuraman Etibarlı,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü