Ukraynada Müstəqillik Günü ilə bağlı təntənəli parad keçirildi - FOTO

Ukraynada Müstəqillik Günü ilə bağlı təntənəli parad keçirildi - FOTOUkraynanın müstəqilliyinin 30 illiyi münasibətilə Kiyevin mərkəzi Xreşatik küçəsində hərbi parad keçirilib.
Publika.az xəbər verir ki, xarici ölkələrin rəsmilərinin də iştirak etdikləri hərbi parad Ukrayna bayrağının qaldırılması mərasimi ilə başlayıb.
Ukrayna Prezidenti Vladimir Zelenski təbrik nitqində bildirib ki, Ukrayna min illik tarixə malik gənc ölkədir. Ukrayna tarixi və ölkənin özü bənzərsizdir.
Hərbi paradda 5 mindən artıq hərbçi, ağır texnika, hərbi helikopter və təyyarələr, yeni nəsil "An-70" təyyarəsi iştirak edib.
Bundan başqa, Ukraynanın və tərəfdaş dövlətlərin müasir silah, hərbi və xüsusi texnikasının nümunələri Kiyevin mərkəzi küçəsi ilə hərəkət edib. Xüsusilə, zirehli transportyorlar, taktiki döyüş maşınları "Ontsilla", Ukrayna istehsalı olan "Kazak-2" və "Kazak-2M1" zirehli maşınları, bundan əlavə, "BARS-8" minaatan qurğuları, "Oplot" döyüş tankı, "GIATSINT-B" və 2A65 "MSTA-B" artilleriya haubitsaları, "Qrad" döyüş maşınları, "SAPSAN" əməliyyat-taktiki raket sistemi, JK-360MTs "Neptun" sahil raket sistemi, "BUK-M1" və "TOR"" zenit qurğuları, xüsusi növ tanklar parad izləyicilərinin marağına səbəb olub.
Hərbi paradda, həmçinin pilotsuz uçuş aparatları, həmçinin Türkiyə istehsalı olan "Bayraktar" da nümayiş etdirilib.
Paradın yekununda "MiQ-29" qırıcıları səmada Ukrayna bayrağının təsvirini yaradıb.

Dünya       Tarix: 24 avqust 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər xəbərlər.com xankendi en son xeberler bu gun