Ukraynada öldürülən soydaşlarımız sabah dəfn olunacaq
Fevral ayının 27-si Ukraynadan Moldovaya keçmək istəyən zaman qətlə yetirilən soydaşlarımızın nəşi vətənə gətirilib və sabah Göygöl rayonunda dəfn olunacaq.
Bu barədə dünyasını dəyişən şəxslərin qardaşı Qaçay İsmayılov KONKRET.az-a açıqlamasında məlumat verib.
"Yaxınlarımızın nəşi artıq Azərbaycana gətirilib. Sabah səhər saatlarında Gəncəyə çatacaq və Göygöl rayonunda Murovdağ qəbiristanlığında dəfn edəcəyik", – deyə Q.İsmayılov bildirib.
Xatırladaq ki, 27 fevral tarixində qohumluq əlaqələri olan 40 nəfərdən artıq həmyerlilərimiz 8 avtomobillə Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan zaman Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Rəhim Əli oğlu İsmayılov, onun qardaşı Nemət İsmayılov və Azər İsmayılov hadisə yerində, 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib. Həmin şəxslər əslən Kəlbəcər rayonundandır və Gəncə şəhərində məskunlaşıblar.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar