Ukraynada separatçı "federativ respublika"nın təşkilatçıları saxlanıldı
Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin qərbində yeni "xalq respublika"sının təşkilatçılarını saxlayıblar.
Bu barədə KONKRET.az Ukraynanın Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd edilir ki, separatçıların məqsədi Ukrayna ordusunun arxa cəbhəsindəki vəziyyəti pozmaq olub.
Məlumata görə, İvano-Frankovsk, Zakarpat, Lvov, Ternopol və Çernovis vilayətləri qondarma "Ukrayna Federativ Respublikası"na daxil olmalı idi. Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları təşkilatçı və onun köməkçilərini İvano-Frankovsk vilayətində saxlayıblar.
Separatçılar ölkənin qərb və mərkəzi bölgələrində yarım min nəfərdən çox satqın toplamalı idilər. Plana görə, onlar təhlükəsizlik qüvvələrini və qanuni hakimiyyət nümayəndələrini zərərsizləşdirməli, bundan sonra inzibati binaların zəbt edilməsi və "xalq respublikası"nın elan edilməsi nəzərdə tutulurdu. Separatçılar sonda Moskvanın nəzarətində olan yeni dövlətdə birləşməyi planlaşdırıblar.
Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 109-cu – "Konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə, devirməyə və ya dövlət hakimiyyətini ələ keçirməyə yönəlmiş hərəkətlər" maddəsi ilə iş başlanıb. Şübhəliləri 10 ilə qədər həbs gözləyir.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR