Ukraynadan Lukaşenkonun iddialarına CAVAB
"Ukrayna hökuməti Belarusla ümumi sərhədlərin bağlanması ilə bağlı Minskdən hər hansı rəsmi məktub almayıb".
Publika.az xəbər verir ki, vunu Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko deyib.
"Ukrayna tərəfi sərhədlərin Belarus tərəfdən bağlanması ilə bağlı hələ rəsmi məlumat almayıb. Bu addımdan ən çox Belarus xalqı əziyyət çəkəcək. Ukrayna ölkədən Belarusa silah tədarükü ilə bağlı Aleksandr Lukaşenkonun ittihamını qəti şəkildə rədd edir. Biz heç vaxt Belarusun daxili işlərinə qarışmamışıq. Gələcəkdə də bunu etmək fikrimiz yoxdur. Şimal sərhədinin təhlükəsizlik məkanı olaraq qalması üçün Minskdən də eyni mövqeyi gözləyirik.
Əminik ki, heç bir absurd ittiham Belarus xalqını dost Ukrayna xalqından və insan hüquqlarını qoruyan, hörmət edən Ukrayna dövlətindən uzaqlaşdırmayacaq", - Nikolenko bildirib.
Xatırladaq ki, Aleksandr Lukaşenko ölkə ərazisinə Ukraynadan xeyli sayda silah gəldiyinə görə sərhəd qoşunlarına sərhədləri tamamilə bağlamağı tapşırdığını bildirmişdi.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək