Ukraynadan qaçan Elmira Axundova niyə səfir kimi deyil, "Azadlıq" radiosunun müxbiri kimi danışır? - ŞOK SƏBƏBLƏR

Ukraynadan qaçan Elmira Axundova niyə səfir kimi deyil, Böyük Məmməd Araz deyirdi ki, "vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı".
Çox təəssüf ki, vətən daşı olmayanlar bəzən vətəndaş yox, Vətənin təmsilçiləri belə olurlar. Eynən Elmira Axundova kimi… Söhbət Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundovadan gedir. İndiki nəsildən fərqli olaraq yaşlı nəsil bu xanımı çox yaxşı tanıyır. Çünki 1990-1998-ci illərdə Elmira Axundova "Azadlıq" radiosunun Azərbaycandakı təmsilçisi idi. Və o zamanlar Elmira xanımın Azərbaycan iqtidarına, Azərbaycan xalqına və dövlətinə yaxmadığı ləkə qalmamışdı. Qərb missionerlərinin pul kisəsindən asılı olan Elmira xanımın Azərbaycan haqqında dediyi hədyanlar və feyk xəbərlər indi də qulaqlarımda cingildəyir. Zamanında o ən qatı anti-Əliyevçi idi. Lakin necə oldusa, 2000-ci illərin əvvəllərində dönüb oldu qatı Əliyevçi. Hətta Ümummilli lider Heydər Əliyev haqqında "Şəxsiyyət və zaman" adlı kitab da yazdı. Beləcə, 10 ilə yaxın Qərbin diktəsi ilə Azərbaycana qarşı qarayaxma kompaniyası aparan Elmira Axundova birdən-birə iqtidar düşərgəsində peyda oldu. İqtidaryönümlü xanım-jurnalist hətta Milli Məclisə də yol tapdı. 2005-2020-ci illərdə deputat mandatı daşıdı. Və Elmira Axundova 2020-ci ilin martında diplomatik fəaliyyətə başladı. Təbii ki, nə deputat mandatı, nə "xalq yazıçısı" adı, nə də ki diplomat statusu bu adamın nöqsanlarını gizlədə bildi. Zaman-zaman bu adamın adı çirkin olaylarda hallandı. Ərköyün oğlu Həbib Axundovdan isə danışmağa dəyməz. Haqqında fırıldaqçılıqdan belə danışıldı. Hətta onun adı adam ölümündə hallandı.
İndi Elmira Axundova düz iki ildir ki, Ukraynada səfirdir. Bu iki ildə onun adı ölkəmizin nüfuzuna hörmət gətirəcək hər hansı hadisədə belə hallanmayıb. Əksinə, xoşagəlməz hərəkətləri ilə yadda qalıb. Bu iki ildə onun adı mətbuatda gah bahalı avtomobillərinə görə, gah Ukraynada yol hərəkəti qaydasını kobud şəkildə pozduğuna görə, gah da ki kommersiya söhbətlərində hallanıb. Onun bir elçi və dövlətimizin ali təmsilçisi kimi son hərəkəti isə birmənalı olaraq, hər kəsin əsəbinə toxundu. Belə ki, Elmira Axundova Rusiya-Ukrayna münaqişəsi başlayan kimi hər şeyi atıb, gəlib oturdu Bakıda. Əslində bu bir gəliş deyil, qaçış idi. Vəzifə məsuliyyətindən, vətəndaş yanğısından qaçan Elmira Axundov üstəlik özünün bu fərariliyinə haqq da qazandırır. Deyir ki, "…Səfir kimi mənə gəldikdə, siz bilirsiniz ki, mən yalnız səfir deyil, həm də qadınam. Ona görə də, qadın diplomatların, o cümlədən səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyəsi barədə qərar verildikdə, biz bu təxliyəni təşkil etdik. Mən də, həmçinin ölkəni tərk etdim".
Çox bəsit və səbatsız bir açıqlamadır. Deyilmi?! Necə yəni "qadın idim" deyə çıxıb gəldim. Kiyev metrosunda yatan, Xersonda və digər yaşayış məntəqələrində ölən, yaralanan azərbaycanlı qadınları və qızları bəs hansı cinsin nümayəndəsidirlər? Bəyəm onlar qadın deyillər?! Üstəlik, Ukraynadakı qadınlarımızın, qızlarımızın və digər soydaşlarımızın taleyinə və təhlükəsizliyinə Elmira Axundova birbaşa cavabdehdir. Ona görə də, Elmira Axundovanın əli son günlər Ukraynada ölən, yaralanan hər bir azərbaycanlının qanına bulaşıb. Onların ölümündə Elmira Axundovanın günahı təcavüzkarların günahından heç də az deyil. Çünki, bir səfir kimi onun vəzifəsi sona qədər Ukraynada qalıb, soydaşlarımızın təxliyəsi və təhlükəsizliyi ilə məşğul olmaq idi. Əgər Kiyevdə onun həyatı üçün təhlükə var idisə, Ukraynanın Lvov kimi qərb şəhərlərində məskunlaşa bilərdi. Oradan vicdanla və şərəflə öz vəzifəsini icra edə bilərdi. Amma etmədi. Ona görə ki, onun içində vətəndaş yanğısı, soydaşlarımıza qarşı sevgi yoxdur… Mən dünən Ukrayna Azərbaycanlıları Radasının həmsədri Oleq Krapivinin açıqlamasını oxudum. Həm qururlandım, həm də xəcalət çəkdim. Krapivin deyirdi ki, "Sonuncu azərbaycanlını da Ukraynadan göndərməyənə qədər buradan çıxmayacağam, onların təhlükəsizliyini təmin etmək üçün əlimdən gələni edəcəyəm. Onlara əlimdən gələn dəstəyi göstərəcəm, dərmanla, ərzaqla təmin etməyə çalışacam".
Krapivinin çıxışından qürur duymağımın səbəbini deməyə ehtiyac duymuram. Amma ona görə xəcalət çəkdim ki, qanı-qanımızdan olan və biləvasitə Azərbaycan dövlətini təmsil edən, xalqımızın mənafelərini qorumalı olan və soydaşlarımızın təhlükəsizliyinə təminatçı olan adam hamıdan qabaq Bakıya qaçıb gəlir. Lakin yad oğlu yad bizim soydaşlarımızın təəssübünü çəkir.
Elmira xanım, sizcə bundan böyük utanc ola bilərmi?
Məncə yox… Mən yuxarıda təsadüfən demədim ki, Elmira xanımın son çıxışı siyasi səbatsızlıq nümunəsidir. Bu adam qaçıb gəlməyinin xəcalətini yaşamaq əvəzinə, üstəlik Ukraynadakı soydaşlarımız haqqında hədyanlar da danışır. Ukraynadakı azərbaycanlıların tənqidləri qarşısında özünü yox, həmvətənlərimizi borclu çıxarır. Ən mənfi və hətta hiddət doğuran məqam isə Axundovanın Ukraynadakı azərbaycanlıları az qala fərarilikdə və saxtakarlıqda ittiham etməsidir.
Sözügedən mətndə səfir Ukraynada yaşayan azərbaycanlıları nəzərdə tutaraq, deyir: "Başqa bir şey də demək istəyirəm: bir çoxları yaşadığı illər ərzində Ukrayna vətəndaşlığı alıb, indi isə ondan təcili imtina etmək istəyirlər. Çünki Ukraynada ümumi səfərbərlik elan edilib".
Fikir verin, bunu Ermənistanın, yaxud hansısa bizə dost olmayan digər ölkənin yox, Azərbaycanın(!) Ukraynadakı səfiri deyir. Üstəlik, bu müraciət rus dilində də yayımlanır. Deməli, bu mətn təkcə azərbaycanlılar üçün deyil.
Bu, azərbaycanlıları aşağılamaq, onları qorxaq, fərari, saxtakar kimi təqdim etmək və bunu dünyaya car çəkmək deyilmi? Axı bunu Ukrayna mətbuatı da, Ukraynanın Azərbaycandakı səfirliyi də görür, oxuyur. Azərbaycanın istər Ukrayna, istərsə də sivil dünya ilə münasibətlərinin imtahana çəkildiyi vaxtda belə bir bəyanat nəyə, kimlərə xidmət edir görəsən?
Ukraynadakı azərbaycanlıların bu cür təqim edilərək, gözdən salınması cəhdi, bəlkə də, heç Ermənistan səfirinin belə ağlına gəlməzdi. Amma erməninin ağlına gələməyəni Elmira Axundova dilinə gətirir. Və o, Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi deyil, "Azadlıq" radiosunun müxbiri kimi danışır. Ona görə ki, bu adam milli təəssübkeşlikdən, milli qürurdan və ən nəhayət vəzifə məsuliyyətindən çox uzaqdır. Bunun alternativ izahı yoxdur.
Surxay Atakişiyev,
KONKRET.az

Siyasi       Tarix: 07 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbər son xəbərlər azərbaycanda gunun xeberleri