Ukraynalı baş redaktor: 'Yardıma görə İlham Əliyevə minnətdarıq'- VİDEO
"Biz humanitar yardıma görə Azərbaycana təşəkkür edirik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bizə yanacaq yardımı da etdi. Təcili yardım, xilasetmə avtomobilləri SOCAR yanacaqdoldurma məntəqələrində tamamilə pulsuz yanacaqla təmin olunur. Buna görə öz və Ukrayna millətinin adından sizə təşəkkürümüzü bildirirəm".
Bu sözləri azxeber.com-a özəl müsahibəsində tanınmış ukraynalı jurnalist, "Telegraf" agentliyinin baş redaktoru Yaroslav Jarenov deyib.
O müharibə dövründə humanitar yardıma və pulsuz yanacağa görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Baş redaktor deyib ki, Ukraynada müharibə uzun müddət davam edə bilər və SOCAR-ın yanacaq dəstəyi onlar üçün çox vacibdir:
"Biz başa düşürük ki, yanacaqla uzun müddət təmin etmək çətindir. Çünki Ukraynada müharibə gedir. Hazırda bəzi ərazilərdə yeni hərbi düşərgələr də yaradılır. Artıq şəhərlərin müdafiəsini hazırlayırlar, bu müdafiə həftələrlə, hətta aylarla davam edə bilər.
Biz geri çəkilməyəcəyik və ağır itkilər vermək hesabına olsa torpaqlarımızı müdafiə edəcəyik. Ruslar hərbiçilərlə yanaşı dinc əhalini öldürür. Bu məsələnin həllində diplomatların və dünya ictimaiyyətinin təzyiqi Ukraynamızın qələbəsini daha da yaxınlaşdırmalıdır.
Biz İlham Əliyevin Ukrayna ilə Rusiya arasında sülh üçün danışıqlar platforması təklif etməsini çox müsbət qarşılayırıq. Baxmayaraq ki, Bakı ilə yanaşı başqa bir neçə şəhər də təklif edilmişdi, ancaq Moskva bu təklifdən imtina edir. Biz birmənalı olaraq İlham Əliyevə minnətdarıq".
Müsahibənin tam variantı:
f Paylaş
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR