Ukraynalı deputat batalyon komandiri ilə evləndi
Ukrayna Ali Radasında "Xalqın xidmətçiləri"ndən olan xalq deputatı Mariya Mezentseva və "Axilles" 92-ci əlahiddə hücum briqadasının batalyon komandiri Yuri Fedorenko evləniblər.
KONKRET.azUkrayna mediasına istinadən xəbər verir ki, bu barədə deputat mayın 19-da "İnstagram" səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, toy aprelin 24-də baş tutub. Deputat həyat yoldaşı ilə birlikdə olduğu yeddi fotoşəklin altında "Sevgi qalib gələcək" yazıb.
Qeyd edək ki, Mezentseva Ukraynanın Avropa İttifaqına inteqrasiyası komitəsinin sədr müavinidir. O, Ali Radanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndəliyinə rəhbərlik edir.
Xatirə SADİQ,
KONKRET.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi