Ukraynalı ekspert Dağlıq Qarabağ münaqişəsinin həlli variantlarından danışdı
Ukraynalı ekspert Dağlıq Qarabağ münaqişəsinin həlli variantlarından danışdı
Müharibənin gedişi iki variantla həllini proqnozlaşdırmağa imkan verir - birincisi hərbi, ikincisi hərbi-siyasi.
Media.az-ın verdiyi məlumata görə, Ukraynalı hərbi icmalçı Aleksey Arestoviç Dağlıq Qarabağda müharibənin gedişatını qiymətləndirərkən belə deyib.
O, hərbi yolla həll kimi Azərbaycan ordusunun Şuşanı, Xankəndini azad etməsini göstərdi:
"Bəli, erməni qüvvələri ayrı-ayrı "ukreprayonlarda" (müdafiə mövqelərində - red.) qalırlar. Bu vəziyyətdə onlara təslim olmaq imkanı verilməlidir, əks halda, sadəcə, kobud şəkildə ifadə etsək, acından öləcəklər. Bu variantı çətinləşdirən nədir? Hadrutun şimal-qərbində və Qırmızı Bazarın ərazisində, dağ silsiləsində, erməni qoşunları özlərini müdafiə edərək Azərbaycan qoşunlarının irəliləməsinə mane olurlar. Üstəlik, hava tezliklə pisləşəcək".
Ekspert Azərbaycana təmiz hərbi qələbə arzuladığına baxmayaraq, hərbi-siyasi variantı daha real adlandırdı:
"Bu seçim ondan ibarətdir ki, Azərbaycan ordusu Qarabağdakı erməni qüvvələrini maksimum məğlubiyyətə uğradır. İrəvan da təzyiq altında güzəştə getməyə başlayır, qoşunlarının geri çəkilməsi üçün vaxt cədvəlini qəbul edir və sair".
O, hərbi və hərbi-siyasi həll arasındakı ara seçimin də mümkünlüyünü qeyd edərək, bununla belə tamamilə siyasi həll olmayacağını vurğuladı.
Aleksey Arestoviç İrəvanın Rusiyanı münaqişəyə cəlb etmək barədə səylərinə də toxunaraq bunun alınmayacağını və Moskvanın mövqeyini açıq şəkildə ifadə etdiyini dedi.
"Həm də vacib bir amil var – Türkiyə. Rusiyaya Türkiyə ordusu ilə birbaşa qarşıdurma lazım deyil. Bundan əlavə, Moskva Ankara ilə fəal əlaqə qurur", - deyə ukraynalı icmalçı əlavə edib.
Rusiyanın Qafqazda tənzimləyici statusunu itirmək istəmədiyini vurğulayan müsahib Moskvanın Paşinyanı cəzalandırmaq istədiyini də vurğulayıb.
Ekspert onu da qeyd edib ki, heç kim uduzulmuş müharibə üçün məsuliyyəti öz üzərinə götürmək istəmədiyindən, Ermənistanın baş nazirini heç kim vəzifədən uzaqlaşdırmayacaq və ya devirməyəcək.
"Ermənistanın "Müharibə Partiyası" Nikol Paşinyan müharibədə məğlub olana qədər gözləməyi üstün tutacaq, yalnız bundan sonra vəzifəsindən kənarlaşdıracaq", - deyə A.Arestoviç sözlərini yekunlaşdırıb. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."