Ukraynalı ekspertlər: "Ali Radada Ermənistanı dəstəkləyən deputatlar azlıq təşkil edir"

Ukraynalı ekspertlər: "Ali Radada Ermənistanı dəstəkləyən deputatlar azlıq təşkil edir" Ukraynalı ekspertlər: "Ali Radada Ermənistanı dəstəkləyən deputatlar azlıq təşkil edir"
Ukrayna Ali Radasının bəzi deputatları tərəfindən Ukrayna Xarici İşlər Nazirliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatına inanılmaz reaksiya göstərilib. Onların arasında fraksiyadan kənar deputat, Ukrayna və Ermənistan parlamentlərarası dostluq qrupunun üzvü Anton Polyakov da var. Əvvəllər o, hakim "Xalqın xidmətçisi" partiyasını təmsil edib. Xarici siyasət idarəsinin əleyhinə çıxış edən başqa bir millət vəkili Ukrayna Ali Radasının "Xalqın xidmətçisi" partiyasından olan millət vəkili, Ukrayna-Ermənistan parlament dostluq qrupunun sədr müavini Daria Volodinadır. O, Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamasını birtərəfli adlandırıb. Anton Polyakov Ukrayna diplomatlarını rasional mövqedən çıxış etməyə çağırıb.
Rasionallıq nədədir? Dünya ölkələrinin ərazi bütövlüyünü dəstəkləməkdən imtinada?..
Media.Az üçün baş verənləri Ukrayna Ali Radasının Reqlament, deputat etikası və işin təşkili komitəsinin üzvü, Azərbaycan Respublikası ilə Parlamentlərarası əlaqələr qrupunun həmsədr müavini və Türkiyə Respublikası ilə parlamentlərarası əlaqələr qrupunun üzvü Lyudmila Marçenko və ukraynalı politoloq Nataliya Belous şərh edib.
İlk həmsöhbətimiz Lyudmila Marçenkodur.
Ukraynalı ekspertlər: "Ali Radada Ermənistanı dəstəkləyən deputatlar azlıq təşkil edir" - Ukraynanın Xarici İşlər Nazirliyi son zamanlar Ermənistan və Azərbaycan arasında hərbi eskalasiya ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək öhdəliyini bir daha təsdiqləyərək, çox təmkinli və dəqiq bəyanat verdi. Ukraynanın Yerevandakı səfirliyinə borş atıldı. Ancaq Ukrayna Ali Radasının bəzi üzvlərinin, məsələn, Anton Polyakovun reaksiyasına təəccübləndim. Niyə Ukrayna dünya ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün müdafiəsinə qalxmamalıdır? Ermənistan Ukraynanın hətta BMT-də və digər beynəlxalq strukturlarda dəfələrlə səsə qoyulmuş suverenliyini də dəstəkləmir.
- Bilirsiniz, həqiqətən cənab Polyakovdan qəribə şərh gəldi. Bu, məni təəccübləndirir. Güman edə bilərəm ki, başqa qüvvələrlə, ya da dövlətlərlə oyunbazlıq var. Anton Polyakov ağıllı siyasətçidir, amma bu vəziyyətdə onu başa düşmürəm. Ukrayna dünyanın bütün dövlətlərinin ərazi bütövlüyünü dəstəkləyir. Bu, bizim maraqlarımıza uyğundur. Azərbaycan Ukrayna ilə eyni vəziyyətdədir və biz bu məsələni fraksiya iclasında müzakirə etdik. Buna görə də, təkrar edirəm, onun mövqeyi mənim üçün tamamilə anlaşılmazdır.
- Bildiyimə görə, deputat Anton Polyakov "Xalqın xidmətçisi" fraksiyasından kənarlaşdırılıb, indi fraksiyadan kənar deputatdır.
- Bu doğrudur. Ancaq Ali Radanın deputatları bir-biri ilə əlaqə saxlayır. Qeyd etmək istərdim ki, Ermənistanın mövqeyini dəstəkləyən (ərazi bütövlüyünün tanınmaması məsələsində - red.) deputatlar azlıq təşkil edir. Bir daha deyim ki, onun mövqeyi məni təəccübləndirdi.
- Ali Radanı saytındakı məlumatlara görə, Anton Polyakov Ukrayna və Ermənistan parlamentlərarası dostluq qrupunun üzvüdür.
- Mənim bundan xəbərim olmayıb. Ancaq onun fraksiya ilə ciddi ziddiyyətləri var idi. Əgər o, Ukrayna-Ermənistan dostluq qrupundadırsa, bu, vəziyyətə aydınlıq gətirir, onun niyə belə davrandığı aydın olur.
Digər müsahib Nataliya Belousdur:
Ukraynalı ekspertlər: "Ali Radada Ermənistanı dəstəkləyən deputatlar azlıq təşkil edir" - Ukrayna, xüsusilə də ərazi bütövlüyü və milli təhlükəsizlik məsələlərində Azərbaycanı dəstəkləyir və dəstəkləyəcək. Bəzi millət vəkillərinin, ələlxüsus indiki halda Ermənistanı dəstəklədiklərini bəyan etməsi, yumşaq desək, "anlaşılmazlıq"dır. Mən Ermənistanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləmədiyini unutmamağa çağırıram.
Təxmin etmək olar ki, Ermənistandan müəyyən bir lobbi dəstək qruplarını yaratmağa və gücləndirməyə, Ermənistanın sivil, demokratik dövlət olduğunu beynəlxalq ictimaiyyətə sübut etməyə çalışır. Onda, sadəcə, işğalçı qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır. Deyilmi?

Siyasi       Tarix: 20 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


azerbaycan xeberleri yeni xeberler son xeberler meherremlik 2026 xəbər az apa.az xeberler metbuat xeberleri