Ukraynalı müğənni Litvadakı konsert zalını məhkəməyə verəcək
Ukraynalı müğənni Litvadakı konsert zalını məhkəməyə verəcək
Ukraynalı müğənni və teleaparıcı Svetlana Loboda Litvada reputasiyasının zədələnməsi ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir.
İfaçı bu barədə bazar ertəsi Vilnüsdə keçirdiyi mətbuat konfransında bildirib.
"Litva hakimiyyətinin məni "persona non qrata" elan etmək cəhdi ona gətirib çıxardı ki, turun təşkilatçıları bilet satışını dayandırdılar və Vilnüsdəki "Compensa" konsert zalı birtərəfli qaydada konserti ləğv edərək mənim onların səhnəsində arzuolunmaz şəxs olduğumu bəyan etdi", - deyə Loboda vurğulayıb.
Qeyd edək ki, Lobodanın Litvanın paytaxtındakı konserti artıq başqa bir məkanda baş tutacaq.
Xatırladaq ki, ötən həftə Litva Xarici İşlər Nazirliyinin tövsiyələri və ifaçının Litvadakı mübahisəli reputasiyası nəzərə alınaraq Lobodanın Klaypeda, Panevezis və Şaulyaydakı çıxışları ləğv edilib.
Əvvəlcə XİN Lobodanı ölkədə arzuolunmaz şəxs elan etmək istəsə də, nazirliyin mətbuat katibi Paulina Levitskayte bunun üçün heç bir hüquqi əsas tapılmadığını bildirib. Müğənni Ukrayna vətəndaşıdır, hazırda Latviyada yaşayır, ona görə də rusiyalı sənətçilərindən fərqli olaraq, ona respublikaya avtomatik giriş qadağası qoyulmur.
Litvanın mədəniyyət naziri Simonas Kairisin qeyd etdiyi kimi, Lobodanın Rusiyanın Ukraynadakı hərəkətləri ilə bağlı mövqeyi anlaşılmazdır. Nazir vurğulayıb ki, Latviyada bəzi tədbirlərin təşkilatçıları Lobodanın çıxışlarını özləri ləğv edib və Litva şou-biznesinin nümayəndələrini onlardan nümunə götürməyə çağırıb.
Mənbə: delfi.lt / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Naxçıvanda avtomobil piyadanı vurdu