Ukraynalı sevgilisi ilə Almaniyaya gedən azərbaycanlıdan dəhşətli əməl

Ukraynalı sevgilisi ilə Almaniyaya gedən azərbaycanlıdan dəhşətli əməlAlmaniyada qətl törətməkdə şübhəli bilinən azərbaycanlı Elçin Ağayevin ilk məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, Detmol şəhər Məhkəməsində keçirilən hazırlıq iclasında E.Ağayev cinayəti qısqanclıq zəmində törətdiyini etiraf edib.
O, keçən ilin iyunun 18-də baş verən cinayət hadisəsinin təfərrüatları barədə danışıb. E.Ağayev bildirib ki, müharibə başlayandan sonra Ukraynanın şərqindən sevgilisi Olqa və iki uşağı ilə Almaniyaya gəlib.
"Biz Kalletal şəhərində yaşayan, Qazaxıstanda anadan olan və sonradan Almaniyaya köçən Andreyin qonağı olduq. O və xanımı Nadine müvəqqəti onlarda qala biləcəyimizi dedilər. Bizim bu ailə ilə münasibətlərimiz çox yaxşı idi. Aramızda heç bir söz-söhbət olmamışdı. Bir dəfə Olqa ilə Andreyin yaxınlığından şübhələndim. Uşaqların otağında gizlənib, onları izlədim. Aralarında münasibətin olduğunu görəndən sonra Andreydən bunun açıqlamasını tələb etdim. O, açıqlama vermək əvəzinə məni evdən qovdu. Bir müddət küçədə gecələdim və həmin vaxt Andreyi öldürməyə qərar verdim", - E.Ağayev ifadəsində qeyd edib.
Onun sözlərinə görə, cinayət günü narkotik maddənin təsiri altında olub. Andreyi balta ilə qətlə yetirəndən sonra Olqa və iki uşağı ilə avtomobilinə əyləşərək, Almaniyanı tərk etməyə qərar verib. Ancaq həmin gün polis yoxlaması olduğundan avtomobili tərk edib və naməlum istiqamətdə qaçıb. Axtarışda olduğunu isə feybuka girdikdən sonra öyrənib və bir müddət meşədə gizlənməli olub.
E. Ağayev bildirib ki, Polşa sərhədindəki bir qəsəbəyə gəldikdən sonra məqsədi bu ölkəyə keçmək olub. Lakin polis xüsusi təyinatlıları onu bu qəsəbədə saxlayıb.
Hazırlıq iclasında bildirilib ki, E.Ağayev 2012-ci ildə Ukraynada bənzər cinayət törədib. Belə ki, o, ukraynalı sevgilisini bıçaqla öldürdükdən sonra balta ilə başını bədənindən ayırıb. O, Ukrayna məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib və 2019-cu ildə şərti azadlığa buraxılıb.
Detmol şəhər məhkəməsindən bildirilib ki, proses yanvarın 24-də davam etdiriləcək. Hökmün fevralın 6-da elan ediləcəyi gözlənilir.
Xatırladaq ki, hadisə bu il iyunun 18-də, Şimali Reyn Vestfaliya əyalətinin Kalettal şəhərində baş verib. Belə ki, 39 yaşlı Andrey F.Rintelner balta ilə qətlə yetirilib.
Almaniyada bir aydan çoxdur axtarışda olan Elçin Ağayev Almaniya-Polşa sərhədinə yaxın qəsəbədə polisin keçirdiyi xüsusi əməliyyatla saxlanılıb. / azxeber.com

Sosial       Tarix: 10 yanvar 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


yeni xeberler azerbaycan xeberleri son xeberler metbuat sonxeberler butun xeberler xeberler azerbaycan