​Ülvi Quliyev: "Hər birimiz cənab Prezidentin çağırışına qoşulmalıyıq

​Ülvi Quliyev: "Hər birimiz cənab Prezidentin çağırışına qoşulmalıyıq​Ülvi Quliyev: "Hər birimiz cənab Prezidentin çağırışına qoşulmalıyıq"
"Azərbaycanda modul tipli üç xəstəxananın istifadəyə verilməsi ölkədə koronavirusla mübarizəni daha da gücləndirəcək, bu sahədə həyata keçirilən işlərin effektini artıracaq".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Ülvi Quliyev deyib.
O qeyd edib ki, dünyada pandemiya yayılmağa başladığı dövrdə Azərbaycanda insanların sağlamlığının qorunması üçün bütün tədbirlər görüldü:
"Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva məsələni dərhal nəzarətə götürdü, lazımi tədbirlərin gecikdirilmədən həyata keçirilməsi barədə tapşırıqlar verdilər.
Dövlət başçısı pandemiya ilə mübarizə ilə bağlı onlarla sərəncam imzalayıb, büdcədən üç milyard manata yaxın vəsait ayrılıb. Eyni zamanda, əhalinin sosial baxımdan həssas təbəqənin qorunması üçün bütün addımlar atılıb".
Deputat vurğulayıb ki, pandemiya ilə mübarizədə ən vacib məsələlərdən biri də xəstəxanaların hazır vəziyyətə gətirilməsi və bütün xəstələri qəbul edəcək sayda çarpayı ehtiyatlarının yaradılmasıdır.
Ü.Quliyev bildirib ki, dünyanın bir sıra ölkələri, o cümlədən, Avropanın inkişaf etmiş dövlətləri koronavirus xəstələrini xəstəxanaya qəbul etmək sahəsində ciddi problemlərlə üzləşmişdilər:
"Xəstəxanalarda boş yer qalmamışdı və xəstələri başqa yerlərdə, hətta tibb müəssisələrinin dəhlizində yerləşdirirdilər. Bu da ölüm hallarının artmasına səbəb olurdu. Amma Azərbaycanda indiyə qədər bu sahədə heç bir çətinlik yaranmayıb.
Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanda koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünyanın çox nadir ölkələrində belə praktika var. Əksər ölkələrdə xəstəliyi simptomsuz keçirənlər ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Bu da insanların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir. Bütün bunlar vaxtında atılan addımların müsbət nəticələridir".
Deputat vurğulayıb ki, birinci mərhələdə Azərbaycanda koronaviruslu xəstələr üçün bir neçə xəstəxana ayrıldı, lazımi avadanlıq və tibbi heyətlə təmin edildi, tam hazır vəziyyətə gətirildi:
"Cənab Prezident koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzaladı. Həmin sərəncama əsasən, hər birində 200 çarpayı olan modul tipli altı xəstəxananın quraşdırılması məqsədilə dövlət büdcəsindən 14,8 milyon manat ayrıldı. Ümumilikdə ölkəmizdə 10 modul tipli xəstəxananın tikintisi planlaşdırılırdı.
Mayın 7-də Bakıda ilk belə xəstəxananın açılışı oldu. İyunun 9-da isə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakının Bilgəh qəsəbəsində, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində üç modul tipli xəstəxana komplekslərinin istifadəyə verilməsi mərasimi keçirildi.
Daha altı kompleksin isə bölgələrdə inşa edilərək, istifadəyə verilməsi nəzərdə tutulur. İndiki mərhələdə belə xəstəxanaların tikilməsi böyük əhəmiyyət daşıyır. Çünki koronavirus pandemiyası başa çatmayıb, virus yox olmayıb, hələlik onun vaksini tapılmayıb.
Pandemiyanın nə zamana qədər davam edəcəyini söyləmək mümkün deyil. İstənilən vəziyyətə hazır olmaq lazımdır. Bu hazırlığın ən vacib istiqamətlərindən biri də modul tipli xəstəxanaların tikintisidir".
Parlamentin Səhiyyə komitəsinin üzvü qeyd edib ki, son günlər ölkəmizdə infeksiyaya yoluxma halları artıb. Onun fikrincə, belə bir vəziyyətdə modul tipli xəstəxanaların istifadəyə verilməsi tam vaxtında atılan addımdır:
"Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın koronavirus pandemiyası ilə mübarizəsini yüksək qiymətləndirir. Ölkəmizin bu sahədəki təcrübəsi başqa dövlətlər üçün nümunə ola bilər.
Bütün bunlar cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və nəzarəti altında həyata keçirilir. Bu isə onu göstərir ki, dövlət başçısı və birinci xanım üçün ən vacibi vətəndaşların sağlamlığıdır. Vətəndaşlar ölkə rəhbərliyinin koronavirus pandemiyası ilə bağlı bütün addımlarını tam dəstəkləyirlər".
Ü.Quliyev bildirib ki, Prezident İlham Əliyev üç modul tipli xəstəxananın açılışı zamanı həkim kollektivi ilə görüşdə çox mühüm məsələlərə toxunub, Azərbaycan vətəndaşlarına bu dövr ərzində göstərdiyi dəstəyə, həmrəyliyə görə təşəkkür edib:
"Cənab Prezident vətəndaşları tibbi maskadan istifadəyə, hər kəsi sosial məsafə saxlamağa və şəxsi gigiyenaya fikir verməyə çağırdı. Biz hər birimiz vətəndaş olaraq bu çağırışa qoşulmalıyıq. Çünki bunlar bizim sağlamlığımız üçündür".


Siyasi     Baxılıb: 426   Tarix: 10 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Moldova AŞPA-ya Azərbaycanla bağlı məktub ünvanladı

Moldovanın Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti AŞPA-ya məktub ünvanlayıb. xəbər verir ki, Moldova nümayəndə heyətinin məktubunda AŞPA-nın bu ilin yanvar sessiyasında qəbul edilmiş qərarda

Ayxan Hacızadə: Toyvo Klaar qərəzdən qurtula bilmir

Cənab Toyvo Klaar qərəzli münasibətdən qurtula bilmir və yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür, Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışların

Hikmət Hacıyev: Azərbaycan vahid Çin siyasətini dəstəkləyir

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın həmişə vahid Çin siyasətini dəstəklədiyini açıqlayıb. xəbər verir ki, o, bunu Çini

Rusiya Avropaya hücum edəcək?

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Avropaya hücumunu istisna edib. xəbər verir ki, Kremlin rəhbəri bunu Tverdə hərbi pilotlarla görüşü zamanı deyib. Rusiya lideri bu cür bəyanatları cəfəngiyyat adlandırıb. "Mümkü

Rəsmi Bakıdan Avropa İttifaqına ciddi ÇAĞIRIŞ

Məlum olduğu kimi, Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. xəbə

Prezidentdən Elçin Babayevlə bağlı SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Elçin Babayevin yenidən Bakı Dövlət Universitetinin rektor təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. -ın məlumatına görə dövlət başçısının imzaladığı sənəddə deyilir:. "Azərbayca

Hikmət Hacıyev: Azərbaycan vahid Çin siyasətini dəstəkləyir

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın həmişə vahid Çin siyasətini dəstəklədiyini açıqlayıb. O, bunu Çinin "Global Times"

Rosselxoznadzor': Azərbaycandan Rusiyaya 29,3 milyon yumurta tədarük edilib

Ərzaq yumurtası tədarükü başlayandan (2023-cü ilin dekabrın 19-dan) bəri Azərbaycandan Rusiyaya 29,3 milyon ədəd yumurta ixrac edilib. "Report"un məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarə

Ayxan Hacızadə: Toyvo Klaar qərəzdən qurtula bilmir

Cənab Toyvo Klaar qərəzli münasibətdən qurtula bilmir və yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür, Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışların


tezbazar azerbaycan xeberleri yeni xeberler son xeberler maliyye xeberler bugun qarabag bugunun xeberleri gunun xeberleri