Ülvi Quliyev: "Türkiyə prezidentinin qəbul formatına aydınlıq gətirildi

Ülvi Quliyev: "Türkiyə prezidentinin qəbul formatına aydınlıq gətirildiÜlvi Quliyev: "Türkiyə prezidentinin qəbul formatına aydınlıq gətirildi"
Avqustun 11-də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu eyni vaxtda qəbul etdi. Görüşdə çəkilən foto cəmiyyətimizin xüsusi marağına və təqdirinə  səbəb oldu.
Həmin fotonun ictimailəşməsi ilə işğalçı Ermənistana, Ermənistan-Azərbaycan münaqişəsində maraqlı olan tərəflərə iki variant arasında seçim etmək təklif edildi. Ya Ermənistan işğal etdiyi torpaqlarımızı  danışıqlar yolu ilə Azərbaycana  qaytarmalı  və bununla sivil qaydalara əməl etməlidir. Bu, baş verməzsə, Azərbaycanın  BMT TŞ-nin və Baş Assambleyasının məlum qətnamələrinin, beynəlxalq qanunvericiliyin ona tanıdığı ərazilərini  işğaldan hərb yolu ilə azad  etmək hüququndan istifadə edə biləcəyi açıq şəkildə lazımi məqamların diqqətinə çatdırıldı.
Fotoya diqqət yetirmisinizsə, Xarici İşlər nazirimiz Türkiyə Prezidentinin  sağ tərəfində dayanmışdı. Məlumdur ki,solaxayları çıxmaq şərtilə, dünyadakı böyük əksəriyyət  gündəlik həyatda daha çox sağ əldən istifadə edir, üstünlüyü sağ tərəfə verir. Dolayısı ilə işğalçıya işarə edilirdi ki,münaqişənin həllində üstünlük hələ də danışıqlara verilir, onun bu şansı tam tükənməyib.
Ülvi Quliyev: "Türkiyə prezidentinin qəbul formatına aydınlıq gətirildiMüdafiə nazirimizin Türkiyə Prezidentinin sol, qəlbə daha yaxın tərəfində yer almasına və ümumiyyətlə, solaxaylığa gəldikdə, bu variantın gündəmə gəlməsinə və xüsusi olaraq aktuallaşmasına aydınlığı Azərbaycan Prezidenti cənab İlham Əliyev gətirdi.
AZƏRTAC-ın avqustun 13-də rəsmi xronikasında yaydığı Prezidentin Mətbuat Xidmətinin məlumatından görünür ki, Ermənistanın iyulun 12-də Tovuz rayonu istiqamətində törətdiyi təxribatından düz bir ay sonra - avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Məlumatda bildirildiyi kimi, "Prezident  İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra - iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb".
Tarixi foto məqsədli şəkildə ictimailəşdirildikdən dərhal sonra Prezident cənab İlham Əliyevin etdiyi bu telefon zəngi və açıqlanan rəsmi məlumat  bir daha  onu təsdiq edir ki, Ermənistanın işğalçı və təcavüzkar siyasətini illər boyu davam etdirə bilməsi səbəbsiz deyil.
Münaqişənin həlli düşünüldüyündən də artıq maneə və çətinliklərlə bağlı olsa da, Prezident cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad  edilməsi siyasətində iradə və qətiyyəti sarsılmaz və birmənalıdır.
Maneələrdə nələrin  və kimlərin təmsil olunmasından asılı olmayaraq, Azərbaycan Prezidenti öz xalqının iradəsini ifadə edir və onun hakimiyyətinin mənbəyi Azərbaycan xalqıdır. Bu siyasi iradə və mənəvi gücün nümayişində Azərbaycan dövləti artıq tək deyil.
Telefon zəngi Prezident cənab İlham Əliyevin bir müddət əvvəl Ermənistana xitabən dediyi fikirlərin təsadüfi olmadığını bir daha təsdiq edir:
"Gəl, bizimlə təkbətək vuruş, təkbətək, baxaq, görək bunun axırı necə olacaq..."

Siyasi       Tarix: 13 avqust 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


yeni xeberler azerbaycan xeberleri son xeberler xankendi qurban bayrami 2026 maşın realiti şou xeber az