Unibank 2019-cu ilin 3-cü rübünü mənfəətlə başa vurub

Unibank 2019-cu ilin 3-cü rübünü mənfəətlə başa vurub"Unibank" KB ASC 2019-cu ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb. 30 sentyabr 2019-cu il tarixə bankın əldə etdiyi mənfəət 66,8 milyon manat təşkil edib. Bu ilin 9 ayının nəticələrinə görə, "Unibank"ın  cəmi əməliyyat gəlirləri 46 milyon manat olub.
İlin əvvəlindən bu yana bankın aktivlərinın həcmində 93 milyon manat- 13% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 789 milyon manat təşkil edib. 9 ay ərzində məcmu kapitalın həcmi də çoxalıb. Məcmu kapitalın həcmi 30% artaraq 82, 3 milyon manata çatıb.
Hesabat dövrünə "Unibank"da əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, rəqəmsal bankçılıq üzrə göstəricilərdə artım qeydə alınıb. 2019-ci ilin 3-cü rübündə də bankda aktiv kreditləşmə müşahidə olunub. İlin ilk 9 ayının nəticələrinə görə, ümumi kredit portfeli 25 milyon manat, yəni 5%-dək artıb. Bununla da ümumi kredit portfeli 492,9 milyon manat olub. Bank tərəfindən real sektorun kreditləşdirilməsində də artım var. Artım həm kiçik, orta sahibkarlığın maliyyələşdirilməsi, həm də mikrokreditləşmə üzrə baş verib.
Ölkə bankçılıq tarixində ilk dəfə olaraq biznes kreditlərinin onlayn verilməsini həyata keçirən Unibank, kreditin dəqiqələr ərzində və banka gəlmədən əldə edilməsini təmin etməklə, sahibkarlara dəstəyini bir qədər də artırıb. Təkcə onlayn formada ayrılan kreditlərin sayı son 1 il ərzində 100-ü keçib. Yaxın aylar ərzində Unibank real sektorun kreditləşməsinin xeyli  hissəsini onlayn formada həyata keçirməyi planlaşdırır.
"Unibank"ın depozit portfeli də 9 ay ərzində böyüyüb. 30 sentyabr 2019-cu il tarixinə müddətli əmanətlər üzrə depozit portfelinin artımı 17%-i ötüb. Həmin tarixə depozit portfelinin həcmi 340 milyon manata çatıb.
Unibank ölkədə nağdsız ödənişlərin tətbiqində ən aktiv banklar sırasında qalmaqda davam edir. 2019-cu ilin əvvəlindən 30 sentyabr tarixinədək təkcə debet kartların sayında 21%  artım qeydə alınıb.
Sosial layihələr bu il ərzində də "Unibank"ın diqqət mərkəzində olub. Bank 2020-ci ilədək Azərbaycan Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. İndiyədək Yay Paralimpiya Oyunlarında ölkəmizə iştirak hüququ qazandıran dörd lisenziyadan ikisi məhz "Unibank"ın dəstək verdiyi paralimpiya komandası tərəfindən qazanılıb.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 27 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. 
Unibank - hər kəsin bankı! /news.milli.az

İqtisadiyyat       Tarix: 02 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycan və İndoneziya arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbayca

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbər.az zelzele en son xeberler bu gun ən son xəbərlər bugün