Unibank 3-cü rübün maliyyə nəticələrini açıqladı

Unibank 3-cü rübün maliyyə nəticələrini açıqladı"Unibank" KB ASC 2022-ci ilin ilk 9 ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. Bank 3-cü rüb ərzində də biznes portfelinin həcmi və biznesin kreditləşməsi üzrə yüksək göstərici əldə edib. Belə ki, mikrokedit portfelində ötən ilin eyni dövrü ilə müqayisədə 84% artım qeydə alınıb. Hesabat dövrü ilə müqayisədə, bu ilin 9 ayında verilən mikrokreditlərin həcmi 90%-dək, sayı isə 70% artıb. Biznes kreditləri portfeli 30 sentyabr tarixinə 278 milyon manat təşkil edib, biznes sektoruna 9 ay ərzində 245 milyon manat kredit ayrılıb. Biznesə ayrılan vəsaitlərin artımı ilə yanaşı, "Unibank"ı seçən biznes sahblərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 37%-ə yaxın artıb. Hesabat dövründə bizneslə bağlı daha bir göstərici- kassa-hesablaşma əməliyyatlarının həcmi də ötəni ilin uyğun göstəricisindən 33% çoxdur.
Bank dövr ərzində biznes subyektlərinə xidmət istiqamətində rəqəmsallaşma strategiyasını uğurla davam etdirib. "Unibank"ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, 9 ay ərzində verilən mikrokreditlərin 57%-dən çoxu bu xidmət vasitəsilə ayrılıb. Ümumilikdə isə biznesə yönəlik məhsul və xidmətlərin əksəriyyəti avtomatlaşdırıldığından, biznes sahibləri onlayn xidmətlərə üstünlük verib. Ötən ilin eyni dövrü ilə müqayisdə onlayn formada açılan biznes hesabların sayı 44%, onlayn rəsmiləşdirilən kreditlərin sayı isə 68% artıb. Biznes sahibləri üçün bu yaxınlarda istifadəyə verilən mobil əlavə sahibkarların bank xidmət və məhsulları ilə məsafədən təminatını bir qədər də artıracaq. 
Bank qeyd olunan dövrdə əhaliyə xidmətlərini genişləndirməkdə davam edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bank xidmətlərindən aktiv faydalanan əhalinin sayi 2 dəfədən çox  artaraq, 850 mini keçib. Unibank, bank xidmətləri ilə əhatə edilən yeni istifadəçilərinin  nümunəsində, bank xidmətlərindən aktiv istifadə etməyən, o cümlədən bank hesabina əvvəllər malik olmayan əhalinin banka cəlb olunmasını da təmin edib. Belə ki, Leobank layihəsi çərçivəsində tətbiq olunan məsafəli bank xidmətləri konsepsiyası, müştərilər üçün maliyyə xidmətlərinin əlçatanlığını və bununla da ölkə əhalisinin maliyyə xidmətlərinə  əhəmiyyətli dərəcədə marağının artırılmasına xidmət etmişdir. Bununla da rəqəmsallaşdırma hədəfləri çərçivəsində bank, rəqəmsal kanallardan istifadə etməklə, say etibarı ilə aparılan əməliyyatların toplam əməliyyat həcmindəki payını tarixi maksimuma - 92%-ə çatdırıb, məbləğ olaraq isə bu əməliyyatlarda 86% artım olub.   
Bankın əsas maliyyə göstəricilərində də dinamik inkişaf qeydə alınıb. Avqust ayında uğurla yekunlaşdırılan kapitallaşma prosesi bankın davamlı inkişafını təmin edib. Maliyyə nəticələrinə əsasən, üçüncü rübün yekununda "Unibank"ın aktivlərinın həcmi ilin əvvəli ilə müqayisədə 27% artaraq, 1 milyard 319 milyon manat təşkil edib. Bu dövrdə Bankın məcmu kapitalı 122 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 16 milyon manat çoxdur. 
Hesabat dövrü ərzində Bankın məcmu gəlirlərində ciddi artım qeydə alınıb. 9 ay ərzində cəmi gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 % artaraq, 163 milyon manat təşkil edib. Beləliklə, 9 aylıq dövrün nəticələrinə görə faiz gəlirləri 118 milyon manat, qeyri-faiz gəlirləri isə 45 milyon təşkil edib. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 57%, faiz gəlirləri isə 35% artıb. Cari dövrdə bankın əməliyyat mənfəət göstəricisi 16 milyon  manat təşkil edib.
Artan rəqabət, sürətlə yenilənən texnologiya və müştərilərin innovativ məhsul və xidmətlərə tələblərini layiqincə qarşılamaq üçün il ərzində Bank yeni xidmət və məhsulların tətbiqi, eləcə də rəqəmsallaşmanın sürətləndirilməsi üçün sərmayə qoyuluşlarını davam etdrib ki, bu növ investisiyalar bankın cari dövr üçün qeydə alınmış yüksək gəlir nəticələrinə neytrallaşdırıcı təsir göstərib. Qeyd olunan yatırımlar Bankın və əməkdaşların inkişafını və gələcək hədəflərini təmin etməklə yanaşı, gələn ildən etibarən maliyyə nəticələrinə müsbət təsir göstərəcəkdir. 
Son illərdə dünyada və qlobal iqtisadiyyatda baş verən hadisələr fonunda Bank əvvəlki kimi kredit risklərinə xüsusi diqqətlə yanaşaraq, ehtiyatların yaradılması ilə bağlı konservativ siyasətini bu il də davam etdirib. Bu məqsədlə il ərzində 19 milyon manat ehtiyatlara ayırmalar edib. 
Bankın likvid aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Cari ilin ilk 9 ayı ərzində pul vəsaitləri və onların ekvivalentləri üzrə orta gündəlik qalıq 131 milyon manat olub ki, bu da ötən illə müqayisədə 38 milyon manat- yəni 41% çoxdur. Ötən müddət ərzində "Unibank"ın depozit portfeli də xeyli böyüyüb. Müddətli depozitlər ilk 9 ayda 62 milyon manat artaraq, 30  sentyabr 2022-ci il tarixinə 521 milyon manat təşkil edib.
Bank ölkədə nağdsız dövriyyənin artırılmasına hər zaman dəstək verir. Ötən ilin eyni dövrü ilə müqayisədə Unibank kartları üzrə nağdsız əməliyyatların sayı 5 dəfə çoxalıb, həcmi isə 4 dəfədən çox artaraq 3,1 milyard manatı ötüb. 
Unibank-Sənin Bankın! / azxeber.com

İqtisadiyyat       Tarix: 26 oktyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən şad xəbər son xabarlar gunun xeberleri cəbhədən son durum