Unibank ağacəkmə aksiyasında iştirak etdi - FOTOLAR
Unibank Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində təşkil olunan ağacəkmə kampaniyasına qoşulub.
azxeber.com xəbər verir ki, Bank rəhbərliyi və əməkdaşlar bu gün Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə tədbirində iştirak edib. Ölkə bank sektorunun nümayəndələri tərəfindən ümumilikdə 3 hektar ərazidə ağac əkilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Sığortaçılar Assosiasiyası, Mikromaliyyə Assosiasiyası, Fond Bazarı İştirakçıları Assosiasiyası və Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"u imzalanıb.
Memorandumun məqsədi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə bu ildən başlayaraq 10 il ərzində hər il yüz min ağac olmaqla, ümumilikdə bir milyon ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsidir. Ağacəkmə tədbirlərinin işğaldan azad olunmuş ərazilərdə də keçirilməsi nəzərdə tutulur.



Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti