Unibank birinci rübün maliyyə nəticələrini açıqlayıb

Unibank birinci rübün maliyyə nəticələrini açıqlayıb"Unibank" KB ASC 2024-cü ilin birinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
31 mart 2024-cü il tarixinə Bankın əməliyyat mənfəəti 16.34 milyon manat təşkil edib. Hesabat dövrü ərzində Bankın məcmu gəlirlərində ciddi artım qeydə alınıb. Belə ki, dövr ərzində cəmi gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 80.4 milyon manata çatıb. Əsas maliyyə göstəricilərinin yüksəlməsi fonunda bankın xalis mənfəəti 70 %-dən çox artaraq, rübün sonuna 7.4  milyon manat təşkil edib.
2024-cü ilin 1-ci rübü ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib.
Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. 2023-ci ilin birinci rübü ilə müqayisədə bu ilin uyğun dövründə "Unibank"ın ümumi kredit portfelinin həcmi 11.4 % artıb.Hər zaman olduğu kimi real sektorun kreditləşməsi "Unibank"ın prioritetləri sırasında olub. Biznes kreditləri portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 20% artaraq 348 milyon manata yaxın olub.
Hesabat dövrünə mikro kreditlər portfelinin həcmində ciddi artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 27 %-dən çox artaraq, 184.7 milyon manata çatıb.
Verilən mikrokreditlərin həcmi isə 2023-cü ilin birinci rübü ilə müqayisədə 23 % artaraq, 57 milyon manata çatıb. Dövr ərzində Bankın kapital mövqeyi xeyli güclənib. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 1-ci rübü ilə müqayisədə 22.8 % artaraq, 164 milyon manat olub. 2024-cü ilin ilk 3 ayında Bank kapital adekvatlığını yüksəldib.
Belə ki, ilin ilk rübünün sonuna bankın kapital adekvatlıq əmsalı artaraq, 13 %-ə yaxınlaşıb. Hesabat dövrünün sonuna bankın aktivləri 1 milyard 588 milyon manatı ötüb.
Ötən müddət ərzində "Unibank"ın depozit portfeli də xeyli böyüyüb. Ümumi depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 136 milyon manat artaraq, bu ilin ilk rübünün yekununda 684 milyon manat təşkil edib.
Bank ölkədə nağdsız dövriyyənin artırılmasına hər zaman dəstək verməkdə davam edir. 2023-cü ilin ilin eyni dövrü ilə müqayisədə bu ilin 1-ci rübündə Unibank kartları üzrə nağdsız əməliyyatların həcmi 41% artaraq 2.6 milyard manatı keçib.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 30 ildən artıq uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. / azxeber.com

İqtisadiyyat       Tarix: 17 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu qun valyuta mezennesi 2026 xabarlar valyuta mezennesi banklar