Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə (Women"s Empowerment Principles – WEPs) rəsmi olaraq qoşulduğunu elan edir. Bu addım Bankın iş mühitində, biznes fəaliyyətində və cəmiyyətdə gender bərabərliyinin təşviqinə, eləcə də qadınların səlahiyyətləndirilməsinə töhfə vermək niyyətini əks etdirir.
Elan qlobal səviyyədə hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq Qadınlar Günü ərəfəsində edilir və Bankın daha inklüziv və bərabər imkanlara malik maliyyə sektorunun inkişafına dəstəyini nümayiş etdirir.
Qadınların Səlahiyyətləndirilməsi Prinsipləri BMT-nin Qadınlar Agentliyi (UN Women) və BMT-nin Qlobal Sazişi (UN Global Compact) tərəfindən hazırlanmış beynəlxalq çərçivədir. Bu prinsiplər biznes qurumları üçün gender bərabərliyinin təşviqi, qadınların iqtisadi fəaliyyətə daha geniş cəlb olunması və inklüziv iş mühitinin formalaşdırılması istiqamətində praktiki yanaşmalar təqdim edir.
Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşulmaq "Unibank"ın Dayanıqlılıq Strategiyası çərçivəsində həyata keçirilən təşəbbüslərdən biridir. Strategiya Bankın fəaliyyətində ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin sistemli şəkildə inteqrasiyasını nəzərdə tutur.
Bu öhdəlik çərçivəsində Unibank təşkilat daxilində müxtəliflik və inklüzivliyi daha da gücləndirməyi, qadın liderliyini təşviq etməyi və həm Bank daxilində, həm də biznes ekosistemində qadınlar üçün daha geniş imkanların yaradılmasına töhfə verməyi hədəfləyir.
Bu addım "Unibank"ın beynəlxalq qabaqcıl təcrübələrə uyğun fəaliyyətini bir daha təsdiqləyir və Bankın məsuliyyətli maliyyə institutu kimi cəmiyyətə müsbət və uzunmüddətli təsir yaratmaq istiqamətində səylərini gücləndirir.
Unibank – Sənin Bankın! / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb