Unibank "İlin partnyoru" seçilib

Unibank Unibank həyata keçirdiyi uğurlu layihələrə görə, Compass Plus Tecnologies tərəfindən iki nominasiya üzrə qalib seçilib. Beynəlxalq şirkət "Unibank"ı  "İlin partnyoru-2023" və "Biznesin intensiv inkişafı və innovativ layihələrin uğurla həyata keçirilməsinə görə ambisiya və innovasiya" nominasiyaları üzrə mükafatlandırıb.
azxeber.com xəbər verir ki, beynəlxalq şirkət kimi 30 ildən artıq müddətdə banklar və kart prosessinq mərkəzləri üçün innovativ həllər yaradan Compass Plus,  "Unibank"la 2021-ci ildən əməkdaşlıq edir. Bankın Kart Prosessinq Mərkəzi Compass Plus tərəfindən yaradılan ən son standartlara uyğun TranzAxis prosessinq sisteminə uğurla keçid edib. Bu əməkdaşlığın nəticəsi olaraq,  Apple Pay, Google Pay, Garmin Pay - Token ilə ödənişlərin Azərbaycan bankları arasında ən birincilər sırasında reallaşdırılması, Leobank layihəsi, multivalyutalı UCard-ın buraxılması və digər çox vacib layihələr həyata keçirilib. 
Müasir innovativ tələblərə cavab verən  TranzAxis prosessinq sisteminə keçid bankın kart sayının və kartlar üzrə əməliyyatların da dəfələrlə artmasına imkan yaradıb. Son iki ildə bankın kart sayı 3 dəfədən çox artaraq 2 milyona yaxınlaşıb. Unibank kartları üzrə əməliyyatların sayı da bu müddətdə 11 dəfədən çox artaraq, 20 milyona çatmaqdadır. Yeni sistemə keçid bankın bankomat və pos-terminallarının sayına, eləcə də onların fəaliyyət effektivliyinin dəfələrlə artmasına səbəb olub. 
Hazırda Unibank kartlarına bankın öz Prosessinq Mərkəzi tərəfindən xidmət olunur. Bank kartlarının "Unibank"ın öz Prosessinq Mərkəzi tərəfindən idarə edilməsinə başlanması son illərdə ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv prosesin təminatına şərait yaradıb. Müasir proqram təminatı ilə təmin olunmuş Mərkəz, bazardakı yeniliklərə dərhal qoşulmağa imkan verir. Kartlara bankın öz prosessinq mərkəzi tərəfindən xidmət olunması nəticəsində müştərilərin istəkləri, xidmətlərə rahat çıxışı qısa müddət ərzində təmin edir. Prosessinq Mərkəzi tərəfindən həyata keçirilən layihələr sırasında yeni nəsil UTM aparatlarının uğurla inteqrasiya olunması, bu bankomatlarda mədaxil-məxaric imkanlarının dəfələrlə asanlaşdırılması və müştəriyönümlü olması Unibank kart sahibləri tərəfindən razılıqla və maraqla qarşılanıb. "Unibank"ın Kart Prosessinq Mərkəzi, bankın kartlarına operativ xidmətin daha da yüksəldilməsi, əlavə imkanların yaradılması istiqamətində yeni layihələr üzərində işləyir. 
Unibank- Sənin Bankın!

İqtisadiyyat       Tarix: 26 may 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Neftdən asılılığın azalması davam edir – Yeni göstəricilər açıqlandı

"Neftdən asılılığın azaldılması istiqamətində müsbət göstəricilər qeydə alınıb" . xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasınd

Bank Respublika "Ümumdünya Qan Donoru Günü" ərəfəsində qanvermə aksiyası keçirdi - FOTOLAR

Bəzən bir neçə dəqiqə vaxt ayırmaq kiminsə həyatına ümid olmaq üçün kifayətdir. "14 iyun - Ümumdünya Qan Donoru Günü" ərəfəsində Bank Respublika əməkdaşları növbəti dəfə belə bir məqsəd naminə bir araya gələrə

"Sıfır Tullantı" həmrəylik marafonuna start verildi

5 İyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə 2026-cı ilin "Sıfır Tullantı" həmrəylik marafonuna Mingəçevir şəhərində start verilib. Marafon Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbi

Mərkəzi Bankda 'Manato' üzrə daxil olan şikayətlər araşdırılır

Son illər Azərbaycanda onlayn kredit xidmətlərindən istifadə edən vətəndaşların sayı artdıqca, bu sahə ilə bağlı şikayət və narazılıqlar da gündəmə gəlir. Belə ki, bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti,

EBRD növbəti dəfə "Bank Respublika"nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi

"Bank Respublika" Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP) çərçivəsində 2025-cı il üzrə "Azərbaycanda ən fəal emitent-bank" adına layi

ABŞ və İran razılaşması fonunda dollar ucuzlaşır

ABŞ və İran arasındakı razılaşma xəbərlərinə, investorların əhvali-ruhiyyəsinin yaxşılaşmasına və neft qiymətlərinin ucuzlaşmasına baxmayaraq, dolların məzənnəsi eniş nümayiş etdirir. xəbər verir ki, bu barədə "Bloomberg"

"Kristal"ın Nəsimidə inşa etdiyi prestijli layihə - "Royal Residence

"Kristal"ın premium "Royal Residence" layihəsində təmirə hazır mənzillərin satışı elan olunub. "Kristal"ın paytaxtın prestijli ərazilərindən biri olan Nəsimi rayonunda həyata keçirdiyi "Roya

İCMA və BMU arasında əməkdaşlıq memorandumu imzalanıdı - FOTOLAR

10 iyun tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvü olan 20-dən çox sahibkarın iştirakı ilə Bakı Mühəndislik Universitetində (BMU) universitet-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib. xəbə

Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı

Yelo Bank biznes sahibləri və şirkət rəhbərləriüçün işprosesləriniasanlaşdıran, əməkdaşların məmnuniyyətiniartıranəməkhaqqıkartlarıxidmətini təqdim edir.Bankın təklifetdiyi funksional həllər sayəsində əməkhaqqıkartlarını


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycan cəbhədən son durum hava durumu valyuta