Unibank işğaldan azad edilmiş ərazilərimizə ilk güzəştli biznes krediti ayırıb

Unibank işğaldan azad edilmiş ərazilərimizə ilk güzəştli biznes krediti ayırıbUnibank Sahibkarlığınİnkişafı Fondunun (SİF) "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərənsahibkarlara dəstək mexanizmi" çərçivəsində ilk kreditini ayırıb.
"Unibank"ın təqdimetdiyi zəmanətli və güzəştli biznes krediti sayəsində, "AS İstehsal" MMC Ağdam rayonu, Ağdam Sənaye Parkında beton məmulatları istehsalı sahəsinin təşkilinə başlayıb. Ümumi dəyəri5,5 milyon manatdan çox olan layihənin xeyli hissəsi SİF vəsaiti hesabınaUnibak KB tərəfindən ayrılan 3 milyon manatlıq güzəştli kreditlə həyata keçiriləcək.İnvestisiya proqramı üzrə 65 yeni iş yerinin açılması planlaşdırılır.
"Unibank KB" ASC-nin BiznesBankçılığı üzrə Baş Direktoru TahirQəribov bildirib ki, azad edilən torpaqlarımızda biznes fəaliyyətinin dəstəklənməsindəyaxından iştirak qürurvericidir: "Realsektora dəstək "Unibank"ın yeni strateji hədəflərində xüsusi yer tutur. İstərpaytaxtda, istərsə də regionlarımızda minlərlə sahibkara dəstək olaraq, biznesləriniböyütməsində yaxından iştirak etmişik. Bu fəaliyyətdə "Unibank"ın SİF vəsaitihesabına ayırdığı güzəştli kreditlər də sahibkarlar üçün böyük əhəmiyyətdaşıyır. İşğaldan azad edilmiş ərazilərimizdəfəaliyyət göstərən sahibkarlara dəstək isə hər bir maliyyə qurumu üçün fəxrdir.Biz, Unibank olaraq bu istiqamətdə ilk kreditimizi ayırdığımız üçün çox şadıq.Təbii ki bu proses davam edəcək. Bu il ərzində də Sahibkarlığın İnkişafFondunun "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərənsahibkarlara dəstək" mexanizmi çərçivəsində bir neçə layihənin maliyyələşdirilməsiplanlaşdırılır".
"AS İstehsal" MMC-nin direktoru Səbuhi Məmmədov isə ayrılan güzəştli kreditin layihənin sürətlə icrasınatəkan verdiyini bildirib: " "AS İstehsal" MMC uzun illərdir keyfiyyətli əmtəəbetonu, metal karkas, dəmir-beton məhsulları, səki və döşəmə daşları, habelədivar blokları istehsal edərək, Azərbaycanın tikinti materialları bazarındaxüsusi yer tutur. Ağdam Sənaye Parkı ərazisində inşa etdiyimiz beton məmulatlarınınistehsalat bazası işğaldan azad edilmiş ərazilərin yenidən bərpasında mühüm roloynayacaq. Uzun illərin istehsalat təcrübəsinin davamı olaraq, yeni istehsalediləcək məhsullar çox yüksək keyfiyyətə malik olacaq. İstehsalat bazasınınuyğun lokasiyada olması, şəhər və qəsəbələrin tez bir zamanda abadlaşdırlmasınakömək edəcək. Layihənin istehsalat sahələri bu il fevralın sonunadək, inzibatibinaların inşası isə aprelin axırlarında yekunlaşacaq. Unibank tərəfindənayrılmış kredit layihəmizin vaxtında icra edilməsinə böyük tövhə vermiş oldu".
Unibank Sahibkarlığınİnkişafı Fondunun ilk müvəkkil bankları sırasındadır və hazırda Fondun layihələrindəaktiv iştirak edir. SİF-lə əməkdaşlıq çərçivəsində bank sahibkarlara dövlət zəmanətli,güzəştli kreditlərin ayrılmasını davam etdirir.
"Unibank"ın digər biznes krediti məhsulları və xidmətlərindənfiliallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək"Qara Qarayev", 16 saylı, "Dərnəgül", "Yasamal", "Nərimanov", "Neftçilər", "Əhmədli","Rəqəmsal", "Əcəmi" filialları, "Unibank- biznes mərkəzi", "Sədərək" Biznes Mərkəzi"eləcə də "Unibank"ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul vəxidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından ( ) əldə etmək olar.
Unibank- Sənin Bankın! / azxeber.com

İqtisadiyyat       Tarix: 08 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az son xeberler metbuat xeberleri maliyye xeberler bugun bugunun xeberleri