"Unibank" müştəriləri pulu necə və harada yığır?

Bir ildən çoxdur ki müştərilərin istifadəsinə verilən "Unibank"ın "Topla" rəqəmsal məhsulu minlərlə bank müştərisini hədəfinə çatdırıb. UBank mobil əlavəsində "Topla" rəqəmsal məhsulunda pul toplamaq üçün onlayn depozit hesabı açanlar maraqlı hədəflər seçiblər.  İndiyədək "Topla" yaradan Unibank müştəriləri özlərinə 100 minə yaxın hədəf müəyyən edib. Bu müddətdə hədəfinə çatanlar yığdıqları vəsaitlə istəklərini reallaşdırıblar.
"Unibank" müştərisi A.Məmmədov deyir ki, bank sektorunda ilk olan "Topla" rəqəmsal məhsulunu eksperiment kimi sınaqdan keçirmək üçün onlayn hesab açaraq vəsaitni ora qoyub: "Rəqəmsal depozitin şərtləri əvvəldən məlum olduğuna görə,  bilirdim ki müddətin sonunda nə qədər gəlir götürəcəm. Üstün tərəfləri odur ki, istədiyin vaxt hesab açıb vəsaitini qoya və istədiyin vaxt hesabı bağlayıb pulunu çıxara bilirsən. Mən pulu ev almaq üçün yığırdım. Ona görə də mənim üçün münasib qiymətə ev tapan zaman dərhal pulumu hesabdan çıxarmaq imkanının olması vacib idi.  "Topla" həm rahatdır, həm də təhlükəsizdir. Artıq ikinci hədəfim üzrə vəsait yığımına başlamışam".
S. Əliyeva da "Topla"da ilk hesab açan müştərilərdəndir: " "Topla" məhsulu haqqında eşidən kimi onlayn depozit hesabı açdım. Həm yüksək bonus verir, həm də təhlükəsizdir. Bankda gedib depozit hesabı açmaqdan çox rahatdır. İstədiyin vaxt üzərinə pul əlavə edə, istədiyin vaxt onlayn daxılı sındırıb, vəsaiti götürə bilərsən. Mənim hədəfim maşın almaq idi,  "Topla" bu arzumu həyata keçirməyə kömək etdi".
İ.Mədətovun fikrincə də, "Topla" maraqlı məhsuldur: " Mən yeni məhsul və xidmətləri sınamağı xoşlayıram. Bu məhsulu da sınamaq istədim. Filiala getmədən çox rahat hesab açmaq imkanı, cəlbedici faizi, istədiyin vaxt vəsait çıxarmağın mümkünlüyü, ən əsası da sığortalı olması diqqətimi çəkdi. Hədəfimin adını "Səyahət" qoymuşdum. Elə "Topla"da yığdığım vəsaitə də Yeni ili ailəmlə Avropada qarşılamaq üçün səyahət bileti aldım".
E.Abbaszadə isə özünə telefon almaq üçün "Topla"nı seçib: "Doğrusu, neçə vaxtdır özümə iPhone almaq istəyirdim. Amma pul yığa bilmirdim. "Topla" mənim həm də yığım bacarığımı formalaşdırdı. Məhsul haqqında eşidən kimi UBank-da onlayn depozit hesabı açdım. İmkan olduqca, hesabıma pul əlavə edirdim. Nəhayət bir ilin sonunda hədəfim olan pulu yığdım. Çox rahat məhsuldur. Üstəlik yuvarlaqlaşdırma funksiyasını da aktiv etmişəm, kart ödənişlərimdə müəyyən vəsait avtomatik bu hesaba köçür. Bu da hədəfə daha tez çatmağa imkan yaradır". 
"Unibank"ın UBank mobil tətbiqində təqdim etdiyi, onlayn "Topla" məhsulu sizə hədəflərinizə çatmaq üçün pul yığmağa imkan yaradır. İstədiyiniz yerdə, istədiyiniz vaxtda onlayn daxılınıza minimal məbləğlə pul yığmağa başlaya və seçdiyiniz müddət ərzində hədəf məbləğinizi toplayaraq, əlavə faizlər qazana bilərsiniz. Onlayn depozit hesabınızdakı vəsait Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğun sığortalanır. 
Məhsul haqda unibank.az saytından () daha ətraflı məlumat almaq olar. 
"Unibank" - Sənin Bankın! / azxeber.com

İqtisadiyyat       Tarix: 20 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


azerbaycan xeberleri yeni xeberler son xeberler xabar az xeber.az 2026 ən son xeberler oxu.az xeberler