Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: KOB-lara 10 milyon ABŞ dolları məbləğində dəstək

Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: KOB-lara 10 milyon ABŞ dolları məbləğində dəstəkAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Unibank Kommersiya Bankı" ASC-yə 10 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Yerli valyutada təqdim olunan bu kredit vəsaiti Azərbaycandakı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOB) maliyyələşdirilməsinə yönəldiləcək.
azxeber.com xəbər verir ki, bu əməkdaşlıq AYİB ilə Unibank arasındatərəfdaşlığın bərpasını ifadə etməklə yanaşı, Azərbaycanda özəl sektoruninkişafı üçün əhəmiyyətli bir mərhələ sayılır. Əməliyyatın məqsədi güclü və çevik maliyyə tərəfdaşı olan Unibank vasitəsilə ölkədəki KOB-ların rəqabətqabiliyyətini artırmaq, onların maliyyə resurslarına çıxış imkanlarınıgenişləndirməkdir.
Kredit vəsaitinin ayrılması ilə bağlıimzalanma mərasimində bildirilib ki, AYİB bununla yanaşı, "Unibank"ın MKOB-larüzrə kredit strategiyası, məhsulları və monitorinq mexanizmlərinin inkişafınadəstək göstərəcək. Bu proses çərçivəsində bankda ekoloji və sosial idarəetməsisteminin formalaşdırılması da nəzərdə tutulur.
"Unibank"ın İdarə Heyəti sədrinin müaviniHeybət Qədirov bildirib: "Avropa Yenidənqurma vəİnkişaf Bankı ilə Unibank arasında əməkdaşlığın tarixi uzun illərə dayanır. Bizçox məmnunuq ki, bu faydalı əməkdaşlıq yenidən başlayır. Unibank olaraq KOBsektorunun inkişafını və ölkədə dayanıqlı iqtisadi artımı prioritetistiqamətlərimizdən biri hesab edirik. Bu əməkdaşlıq bizə sahibkarlara daha çoxmaliyyə dəstəyi göstərmək imkanı yaradacaq. Cəlb olunan vəsait "Unibank"ın KOBkreditləşməsi üzrə strategiyasını daha da gücləndirəcək və ölkəiqtisadiyyatının şaxələndirilməsinə töhfə verəcək."
AYİB-in Azərbaycandakı rəhbəri NataliMouravidze bildirib:
"Unibank kimi sistem əhəmiyyətli bir maliyyə tərəfdaşımızla əməkdaşlığımızıyenidən başlatmaqdan məmnunuq. Bu kimi razılaşmalar ölkə iqtisadiyyatı üçünolduqca önəmlidir. Təqdim olunan bu maliyyə paketi ilə biz həm yerlibizneslərin inkişafına dəstək oluruq, həm də ölkənin maliyyə sektorununkreditvermə potensialını gücləndiririk."
Unibank haqqında:
Unibank KB ASC Azərbaycanın aparıcıkommersiya banklarından biridir. Bank həm fiziki, həm də hüquqi şəxslərə genişspektrli bank xidmətləri təqdim edir. Rəqəmsal bankçılıq və sahibkarlığındəstəklənməsi sahəsində tanınan Unibank, beynəlxalq maliyyə institutları iləəməkdaşlıq etməklə yerli bizneslər üçün yeni imkanlar yaradır.
AYİBhaqqında
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD)isə Azərbaycanda aparıcı institusional investorlardan biri olmaqla, bu günədəkölkə üzrə demək olar ki, 200 layihəyə 4 milyard avroya yaxın sərmayə qoyub.Bankın yenilənmiş ölkə strategiyası qeyri-neft sektorunun və yaşıliqtisadiyyatın inkişafını hədəfləyir.
Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: KOB-lara 10 milyon ABŞ dolları məbləğində dəstəkUnibank və AYİB tərəfdaşlığı yenidən başlayır: KOB-lara 10 milyon ABŞ dolları məbləğində dəstək

İqtisadiyyat       Tarix: 01 may 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeberler xeberler bugun son xeberler 2026 kriminal xeber