"Unibank"da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti görüşü Unibank KB ASC-nin Baş ofisində keçirilib. Görüşün budəfəki mövzusu "Bizneslər üçün alternativ maliyyələşmə: Kapital bazarlarının hansı üstünlükləri var?" olub.
Tədbirin moderatoru, Unibank KB ASC-nin Baş Biznes İnzibatçısı və AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun sədri İlkin Quliyev mövzunun ölkə biznes mühiti üçün aktuallığını vurğulayıb. O bildirib ki, alternativ maliyyələşmə alətləri yerli şirkətlər üçün maliyyə dayanıqlılığının artırılmasına, bizneslərin inkişafı və yeni investisiya imkanlarının yaradılmasına mühüm töhfə verir.
Görüş çərçivəsində Bakı Fond Birjasının Baş Listinq məsləhətçisi Fərhad Mənsurov Azərbaycanda mütəşəkkil kapital bazarı, investisiya imkanları və yerli bazar alətləri barədə təqdimatla çıxış edib. Daha sonra İlkin Quliyev və Fərhad Mənsurov birgə müzakirədə bizneslərin ənənəvi maliyyələşmə vasitələri ilə kapital bazarları üzərindən maliyyələşmə imkanlarını müqayisə edərək hər bir modelin üstünlüklərinə diqqət çəkiblər.
Görüşdə, həmçinin, bazar şəffaflığının artırılması, investor inamının gücləndirilməsi və tənzimləyici islahatların davam etdirilməsinin əhəmiyyəti xüsusi qeyd olunub.
Unibank kapital bazarlarının inkişafına dəstək verməklə, bizneslərin maliyyələşmə alternativlərini genişləndirməyi, şirkətlərin daha rəqabətədavamlı və dayanıqlı böyüməsinə şərait yaratmağı hədəfləyir.
Unibank-Sənin Bankın!



/ azxeber.com
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam