Unibankın biznes kredit portfeli birinci rübdə 300 milyon manata yaxınlaşıb

Unibankın biznes kredit portfeli birinci rübdə 300 milyon manata yaxınlaşıb2023-cü ilin ilk rübü ərzində "Unibank" KB ASC biznes kreditləşməsini xeyli artıraraq, ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Biznes kreditləri portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə artaraq, 290 milyon manata çatıb. Biznesə ayrılan vəsaitlərin artımı ilə yanaşı, "Unibank"ı seçən biznes sahiblərinin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 41 %-ə yaxın çoxalıb.
Biznes üzrə digər göstəricilərdə də xüsusi artımlar var. Belə ki, hüquqi şəxs və fərdi sahibkarın hesablaşma kassa əməliyyatları üzrə 14% artım qeydə alınıb. Təkcə korporativ müştəri sayı üzrə artım 38 %-i ötüb. Hüquqi şəxs və fərdi sahibkar olan aktiv müştəri sayı üzrə artım 37 % olub. 2022-ci ilin birinci rübü ilə müqayisədə, bu ilin ilk rübündə korporativ müştərilər üzrə hesablarda qalıq və depozitlər üzrə artım 70 %-ə çatıb. Biznesə yönəlik məhsul və xidmətlərin əksəriyyəti avtomatlaşdırıldığından, biznes sahibləri onlayn xidmətlərə üstünlük verib. Bu, onlayn kreditlərin satışında qeydə alınan artımda özünü göstərir. Onlayn kreditlərin satışının artımı məbləğ olaraq 18 %-i ötüb. Ümumilikdə isə korporativ müştərilər üzrə kredit satışında artım 34 %-dən çox olub. Hüquqi şəxs və fərdi sahibkarlar üzrə işlək kredit portfelinin artımı isə 15 %-ə yaxınlaşıb.
Hesabat dövrünə mikro kreditlər portfelinin həcmində ciddi yüksəlmə qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 66 % artaraq, 145 milyon manata çatıb. Portfel üzrə verilən mikrokreditlərin sayı 2022-ci ilin birinci rübü ilə müqayisədə 46 %, müştəri sayı isə 41 % artıb. Ötən ilin uyğun dövrü ilə müqayisədə verilmiş kreditlərin sayında 22 %, məbləğində isə 36 % artım var.
"Unibank"ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, birinci rüb ərzində ayrılan mikrokreditlərin böyük hissəsi avtomatlaşdırılmış formada həyata keçirilib. Verilən kreditlərin 99%-i planşet üsulu ilə rəsmiləşdirilib. Planşetlərdə tətbiq olunan skorinq sistemi isə ötən il sahibkarların kredit almasını dəfələrlə asanlaşdırıb. Scorinqin vasitəsilə bank əməkdaşı rəqəmləri planşetə əlavə etməklə, müştərini avtomatik analiz edərək ona ayrılacaq kreditin məbləğini və şərtlərini anında təyin edə bilir. / azxeber.com

İqtisadiyyat       Tarix: 11 may 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbər cebheden xeber az xeber cəbhədən son xeber