Unibankın dollar istiqrazlarını xarici və yerli investorlar alıb

Unibankın dollar istiqrazlarını xarici və yerli investorlar alıb"Unibank" KB ASC -nin ümumi dəyəri 12 milyon ABŞ dolları olan istiqrazlarının uğurla yerləşdirilməsi başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 23 investor tərəfindən alınıb. Hərrac prosesi yüksək aktivliklə müşahidə olunub. Dollar istiqrazlarının alıcıları siyahısında yerli fiziki və hüquqi şəxslərlər yanaşı, xarici investorlar da var. Emissiyanın əsas hissəsini fiziki şəxslər əldə edib. Bu isə fiziki şəxslərin qiymətli kağızlar bazarına və "Unibank"a artan marağının göstəricisidir. Sayı 12 000 ədəd olan sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 8%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 6 ildir. Bu qiymətli kağızlar hazırda ölkə bazarında dollar valyutasında təqdim olunan ən yüksək gəlirli istiqrazlardır. Emissiyanın təşkilatçısı və anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.
Emissiyanın "Açılış zəngi" mərasimində iştirak edən Unibank İdarə Heyəti sədrinin müavini Emin Rəsulzadə bildirib ki, yerli investorlarla yanaşı, xarici investorların da dollar istiqrazlarına olan yüksək marağı banka olan etibarı, qiymətli kağızların yüksək likvidliyinin diqqətəlayiq xüsusiyyətini göstərir: "Yüksək likvidliyə malik bu qiymətli kağızların emissiyası Bank müştəriləri üçün yeni imkanlar yaradır. Bu, bizə müştəri kreditləşməsini, xüsusilə də mikro və KOS istiqamətində kredit artımını daha yüksək səviyyədə təmin etmək fürsəti verir. Digər tərəfdən isə bizim həm korporativ, həm də pərakəndə müştərilər bazar üçün kifayət qədər cəlbedici gəlirli olan bu istiqrazlardan yüksək və davamlı gəlir götürə biləcəklər. Biz çox şadıq ki, Unibank dinamik inkişaf edən qiymətli kağızlar bazarında həm adi, həm də subordinasiyalı istiqrazların, imtiyazlı səhmlərin ilk və ən aktiv emitentlərindən biridir".
Qeyd edək ki, "Unibank"ın bütün qiymətli kağızları Bakı Fond Birjasının listinqinə daxil edilib. Bütün səhm və istiqrazların listinqə daxil edilməsi mövcud normativlərə və qanunvericiliyin tələblərinə uyğun olmaqla yanaşı, bankın dayanıqlı maliyyə, müasir korporativ idarəetmə və şəffaf hesabatlılıq göstəricilərinə malik olmasını nümayiş etdirir.
Unibank-Sənin Bankın! / azxeber.com

İqtisadiyyat       Tarix: 02 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d


son xeberler yeni xeberler azerbaycan xeberleri xankendi son xəbərlər bugün 2026 son xeber.az son xabar