Unibankın investisiyaları nəticə verdi: Əməliyyat mənfəəti 3 dəfə artdı

Unibankın investisiyaları nəticə verdi: Əməliyyat mənfəəti 3 dəfə artdı"Unibank" KB ASC 2023-cü ilin əsas maliyyə nəticələrini açıqlayıb.
azxeber.com xəbər verir ki, hesabat dövründə cəmi gəlirlər 37 % artaraq, 319 milyon manata çatıb. Bankın gəlirlərindəki yüksəlmə qarşılığında il ərzində bankın xərclərində artım cəmi 15 % olub. 
Nəticədə 31 dekabr 2023-cü il tarixinə Bankın əməliyyat mənfəəti əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 3 dəfə artaraq, 75 milyon manata çatıb. Bank hesabat ilini 33 milyon manatlıq xalis mənfəətlə başa vurub.
Eyni zamanda 2023-ci ildə qazanılmış faiz gəlirləri 212 milyon manata çatıb, qeyri-faiz gəlirləri isə 107 milyon manatı ötüb. Bununla da Bankın qeyri-faiz gəlirləri əvvəlki illə müqayisədə 54 %, faiz gəlirləri isə 37 % artıb.  
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov 2023-cü ilin Bank üçün vacib inkişaf ili olduğunu bildirib: "Ötən il Unibank üçün həm də bir strateji dövrün başa çatması ili oldu. Bu dövr ərzində əhəmiyyətli uğurlara və layihələrə imza atdıq. Aktivlərimiz 1.6 milyard, kredit portfelimiz 1 milyard manat həddinə çatdı, eyni zamanda bankçılıq xidmətlərimizdən istifadə edən müştərilərimizin sayı 3 dəfəyə yaxın artaraq 1.5 milyon nəfərədək genişləndi. Bankımızın mobil əlavələrinin aktiv istifadəcilərinin sayı strateji dövr ərzində 5 dəfədən çox artaraq, 1 milyon nəfəri keçdi, eyni zamanda bankın müştəri əməliyyatlarının 70%-dən çox hissəsinin rəqəmsal kanallara keçidinə nail olduq. Bankın bazar mövqeyinin qoruyub saxlanılması və daha da inkişafı fonunda xalis mənfəətin ciddi artımı, biznesin maliyyələşdirilməsində və depozit portfelinin həcmində böyümə, ötən il də müsbət inkişaf tendensiyasının davam etdiyini göstərir. Unibank üçün yeni strateji dövrün başlanğıc ili olan 2024-cü ildə də böyük hədəflərimiz, inkişaf layihələrimiz var. İnanırıq ki, bu il Unibank və ümumilikdə bank sektoru üçün uğurlu il olacaq".
Bankın davamlı inkişaf strategiyasına uyğun olaraq, dövr ərzində Bankın kapital mövqeyi xeyli güclənib. İlin sonuna Bankın məcmu kapitalı əvvəlki ilin  eyni dövrü ilə müqayisədə 25 % artaraq, 160  milyon manat olub. 2023-cü il ərzində Bank kapital adekvatlığını xeyli yüksəldib. Belə ki, ötən ilin sonunda  bankın kapital adekvatlıq əmsalı artaraq, 12.8  % təşkil edib.
Bankın artıq milyard manatı ötən kredit portfeli ilin sonuna bir qədər də artaraq, 1 milyard 48 milyon manata çatıb. Bu həm də 2022-ci illə müqayisədə 22 % artım deməkdir. Portfelin strukturunda biznes kreditlərinin payı bir qədər də çoxalıb. Biznes kredit portfeli əvvəlki illə müqayisədə 20%  artaraq 329  milyon manatı ötüb. Ayrıca mikro kreditlər portfeli də böyüyüb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 29 % artaraq, 174 milyon manatı ötüb. Mikrokredit məhsullarının ölkə üzrə mikro sahibkarlara rahat əlçatanlığı,  sürətli kreditin verilməsi və digər üstünlüklər "Unibank"ı seçən mikro müştərilərinin sayının artmasına təkan verib.  Bu dövrdə bankı seçən biznes sahiblərinin sayı ümumilikdə 26  % artıb.   

İqtisadiyyat       Tarix: 14 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbər ensonxeberler cəbhədən canlı krimnal xeber