"Unicapital" İnvestisiya Şirkəti ötən ilin maliyyə nəticələrini elan edib

"Unicapital İ.Ş." ASC 2022-ci ilin maliyyə nəticələrini açıqlayıb.
azxeber.com xəbər verir ki, açıqlamaya əsasən, nəticələr üzrə illik gəlir 2.6 milyon manat olub. Əldə olunan gəlirin əsas hissəsi şirkətin müəyyən etdiyi strateji inkişaf istiqamətlərinə uyğun olaraq risklərin idarə edilməsi, satış kanallarının inkişaf etdirilməsi və yeni rəqəmsal məhsulların yaradılmasına yönləndirilib.
Bunun nəticəsində şirkətin cəmi aktivləri əvvəlki dövrlə müqayisədə 79% artaraq, 18.4 milyon manat təşkil edib və ilin yekunları üzrə 406.9 min manat mənfəət əldə edilib. 
Şirkətin dayanıqlılığının əsas göstəricilərindən olan kapital adekvatlığı əmsalı normativdən 3 dəfə artıq olub.
Kapitalın effektivliyini ifadə edən ROE 27%-in üzərində təşkil edib ki, bu da öz növbəsində yüksək əməliyyat və mənfəətlilik göstəricisidir.
Həmçinin, 2022-ci ildə əldə edilmiş texnoloji nailiyyətlər nəticəsində 20 000+ alətlə, 20-dən çox bazarda onlayn qaydada investisiya etmək imkanı verən, ilk Azərbaycan dilli vahid ticarət platforması olan "UTrader" istifadəyə verilib.
Azərbaycanda rəqəmsal bankçılığın inkişafı məqsədilə ərsəyə gətirilmiş "Leobank", "Unicapital"ın xidmətlərindən istifadə edərək, Azərbaycanda ilk dəfə mobil bankçılıq tətbiqində "investisiya" funksiyasını aktiv edib. 
Müasir və innovativ yeniliklərin vəhdətində böyüyən şirkətdə işçi sayı ötən ilə nisbətdə 40%, qeyri-maddi aktivlərin həcmi isə təqribən 5 dəfə artıb, müştəri sayı  600 000-ə çatıb. 
2022-ci ilin yekunu üzrə şirkətin məcmu kapitalı ödənilmiş dividentləri nəzərə almaqla (800 000 manat) 1.5 milyon manat təşkil edib.

İqtisadiyyat       Tarix: 01 iyun 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbər cebheden xeber az xeber cəbhədən son xeber