Universitet tələbəsi Azranı öldürərək cəsədini 13 hissəyə bölən qatil həbsxanada İNTİHAR ETDİ

Universitet tələbəsi Azranı öldürərək cəsədini 13 hissəyə bölən qatil həbsxanada İNTİHAR ETDİUniversitet tələbəsi Azranı öldürərək cəsədini 13 hissəyə bölən qatil həbsxanada intihar edib.
KONKRET.az xəbər verir ki, Antalyada universitet tələbəsi Azra Güləndam Haytaoğlunu öldürərək meyitini 13 parçaya böldüyü üçün ağırlaşdırılmış ömürlük həbs cəzası alan Mustafa Murat Ayhan saxlandığı həbsxanada özünü öldürüb.
Akdeniz Universiteti Ünsiyyət fakültəsinin Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Azra Güləndam Haytaoğlu ötən il iyulun 28-də evdən çıxandan sonra yoxa çıxıb. Telefonu da söndürülən Haytaoğlu ilə əlaqə saxlamaq mümkün olmadıqda, Adanadan gələn atası Mustafa Haytaoğlu itkin düşmüş şəxslərlə bağlı polisə şikayət edib. Antalya polisi Azranın son dəfə mobil telefonla inşaat mühəndisi və daşınmaz əmlak ofisi sahibi Mustafa Murat Ayhanla danışdığını müəyyən edib.
İstintaq qrupu tərəfindən çarpaz sorğu-sual edilən Ayhan qətli etiraf edib. Mustafa Murat Ayhan Azra Güləndam Haytaoğlunun hissələrə ayrılmış bədəninin Varsak meşəsində dəfn olunduğu yeri göstərib. Cəsəd hissələrini tapan qruplar onu yarılmaq üçün Antalya Ədliyyə Tibb Təşkilatının meyitxanasına göndərib. Azranın başını bütün axtarışlara baxmayaraq tapmaq mümkün olmayıb. Mustafa Murat Ayhan isə həbs edilib.
Ağırlaşdırılmış ömürlük həbs cəzası istənən və Diyarbəkirdəki 1 saylı Yüksək Təhlükəsizlik Həbsxanasında saxlanılan Mustafa Murat Ayhana mayın 30-da hökm oxunub. Antalya 11-ci Ağır Cəza Məhkəməsində keçirilən iclasda Ayhana "qəsdən adam öldürmə" maddəsi ilə ağırlaşdırılmış ömürlük, "cinsi təcavüz" maddəsi ilə 16 il həbs cəzası verilib.
Mustafa Murat Ayhan gecə yarısı saxlanıldığı Diyarbəkirdəki 1 saylı Yüksək Təhlükəsizlik Həbsxanasında biləklərini kəsərək intihar edib.
Xuraman Etibarlı,
KONKRET.az

Hadisə       Tarix: 30 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb


azerbaycan xeberleri son xeberler yeni xeberler şou biznes xəbərləri cəbhədən son görüntülər butun xeberler xeberler bu qun