Universitetlərə imtahansız qəbul olunan abituriyentlərin qeydiyyatı başlayıb

Universitetlərə imtahansız qəbul olunan abituriyentlərin qeydiyyatı başlayıbDövlət İmtahan Mərkəzi (DİM) beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərə müraciət edib.
Qurumdan azxeber.com-a bildirilib ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar.
Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları dedikdə, aşağıdakı proqramlar nəzərdə tutulur:
- Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);
- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);
- Yüksək yerləşdirmə (Advanced Placement).
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 10-dan 24-dək aşağıda göstərilən sənədlərin fotosurətlərini DİM-ə onlayn qaydada ([email protected] poçtuna mövzu hissəsinə "müsabiqədənkənar qəbul" yazmaqla) təqdim etməlidirlər:
1. "Abituriyentin elektron ərizəsi"nin surəti;
2. Müvafiq proqram üzrə əldə olunmuş təhsil sənədinin surətini;
3. Abituriyentlər beynəlxalq diplom üzrə nəticələrini (qiymətlərini) elektron formada da DİM-ə təqdim edirlər. Bunun üçün onlar sənədi verən beynəlxalq qurumun rəsmi saytında öz şəxsi hesabı və ya bitirdiyi məktəbin nümayəndəsinin hesabı vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu daxil etməklə nəticələrinin DİM-ə göndərilməsini təmin edirlər.
IB diplomu üzrə nəticələrini (qiymətlərini) təqdim edən abituriyentlər IB-nin rəsmi saytında bitirdiyi məktəbin nümayəndəsinin (Diploma Programme Coordinator) hesabı və ya öz şəxsi hesabları vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu (039315) daxil etməklə nəticələrinin elektron formada DİM-ə göndərilməsini təmin edə bilərlər. Bununla yanaşı, həmin abituriyentlər öz şəxsi kod nömrələrini (IB Personal Code) [email protected] elektron poçtuna göndərməlidirlər.Qeyd olunan proqramlar üzrə təhsil almış abituriyentlər proqram üzrə təhsil aldıqları dildə tədris aparılan ixtisasları seçə bilərlər.
Bu abituriyentlər "Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"na əsasən Azərbaycan dili fənnindən ayrıca imtahan verib məqbul qiymət almış olmalıdırlar.
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul üçün minimal bal (və ya qiymət) tələbləri təhsil proqramları üzrə aşağıda təqdim olunmuşdur:
- Beynəlxalq Bakalavriat Diplom Proqramı; - Ödənişli əsaslarla qəbul üçün - 25 ("Hüquqşünaslıq" və "Tibb" ixtisasları üzrə - 30) - Dövlət sifarişi əsasında qəbul üçün - 35;
- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (müvafiq üç imtahan fənni üzrə); - Ödənişli əsaslarla qəbul üçün - C - Dövlət sifarişi əsasında qəbul üçün - B;
- Yüksək yerləşdirmə (müvafiq üç imtahan fənni üzrə). - Ödənişli əsaslarla qəbul üçün - 3 - Dövlət sifarişi əsasında qəbul üçün - 4.
Qeyd edək ki, "Müvafiq üç imtahan fənni" dedikdə I ixtisas qrupu üzrə riyaziyyat, fizika və kimya fənləri, II ixtisas qrupu üzrə riyaziyyat, coğrafiya və tarix fənləri, III ixtisas qrupu (DT altqrupu) üzrə Azərbaycan dili və ya rus dili, tarix və ədəbiyyat fənləri, III ixtisas qrupu (TC altqrupu) üzrə Azərbaycan dili və ya rus dili, tarix və coğrafiya fənləri, IV ixtisas qrupu üzrə isə biologiya, kimya və fizika fənləri nəzərdə tutulur.

Sosial       Tarix: 10 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycanda bu həftə 4 gün iş olacaq. xəbər verir ki, buna səbəb 26 İyun – Silahlı Qüvvələr Gününün cümə gününə təsadüf etməsidir. Silahlı Qüvvələr Günü qeyri-iş günü hesab edilir. Bundan əlavə, iyunun 27-28-i şənbə-baza

Dünya bazarında neft ucuzlaşmaqda davam edir

Qlobal enerji bazarlarında neftin qiyməti aşağı düşməkdə davam edir. KONKRET.azxəbər verir ki, son ticarət əməliyyatlarında Şimal dənizindən hasil olunan "Brent" markalı neftin bir barreli 77,62 dollara qədər ucuzlaşıb

Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana buğda göndərildi + YENİLƏNİB

Azərbaycandan tranzit keçməklə Rusiya mənşəli buğda Ermənistana göndərilib. KONKRET.azxəbər verir ki, Azərbaycandan tranzit keçməklə ümumi çəkisi 490 ton olan 7 vaqon yüklü Rusiya mənşəli buğda Ermənistana yola salınıb. * 

Kriptovalyuta bazarında düşüş: Bitcoin və Ethereum son sutkada dəyər itirdi

Kriptovalyuta bazarında satış təzyiqi güclənib. Bazar dəyərinə görə ən böyük iki rəqəmsal aktiv olan "Bitcoin" və "Ethereum" son sutkada dəyər itirib. milliaz-a istinadən xəbər verir ki, binance birjasını

Ağstafaya dolu düşdü

Ağstafa rayonuna iri həcmli dolu düşüb. xəbər verir ki, dolu rayonun Aşağı Göycəli kəndinə yağıb. Təbiət hadisəsi saat 20 radələrində baş verib və təxminən 20-25 dəqiqə davam edib. Qeyd edək ki, dolu bəzi təsərrüfat sahələrin

İşçilərə şad xəbər: Çalışdığınız şirkətdə pay sahibi ola biləcəksiniz

Azərbaycanda işçilərin çalışdıqları şirkətlərdə pay və ya səhm sahibi olmasına imkan yaradan yeni müqavilə növünün tətbiqi nəzərdə tutulur. xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

Azərbaycanda təhsildən yayınan şagirdlərin sayı açıqlandı

2014-cü ildə birinci sinfə qəbul olunan 146 min 62 şagirddən təxminən 0,8 faizi orta məktəbi başa vurmayıb. xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dər

Qlobal qaz qiymətləri yüksəlir: Azərbaycanı nələr gözləyir?

ABŞ-ın Nyu-York əmtəə birjasında (NYMEX) təbii qazın qiymətinin artması qlobal enerji bazarlarında diqqətlə izlənilən hadisələrdən biridir. ABŞ-də baş verən bu bahalaşmanın Azərbaycanın qaz sektoruna təsiri birbaşa olmas

Dollarla bağlı mühüm xəbər – Yaxın vaxtlarda vəziyyət dəyişəcək

Avro, dollar və yuan arasında qlobal valyuta rəqabəti XXI əsrin ən mühüm iqtisadi proseslərindən biridir. Son illərdə "dedollarizasiya" haqqında çox danışılır, lakin rəqəmlər göstərir ki, ABŞ dolları hələ də düny


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber apa.az xeberler ensonxeberler krminal bu gun