UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində

UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqindəRəqəmsal bankçılıq xidmətlərinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirən TuranBank ASC məsafədən xidmət imkanlarını daha da təkmilləşdirərək növbəti innovativ layihəsini təqdim edib.
azxeber.com xəbər verir ki, artıq Bankın müştəriləri TuranBank mobil tətbiqi vasitəsilə UPT (Universal Payment Transfer) sürətli pulköçürmə sistemi üzərindən vəsaitlərini cəmi bir neçə toxunuşla həm göndərə, həm də qəbul edə biləcəklər. Qeyd edək ki, tətbiq edilən yeni funksionallıq müştərilərə bank filialına yaxınlaşmadan, günün istənilən vaxtı və dünyanın istənilən nöqtəsindən əməliyyat aparmaq imkanı yaradır.
UPT beynəlxalq pulköçürmə sisteminin CEO-su Murat Kastan: "Bu gün Azərbaycanda 11 bank UPT pulköçürmə sistemindən istifadə edir. Təxminən 15 illik uğurlu tərəfdaşlığın davamı olaraq, beynəlxalq pulköçürmə sistemlərinin rəqəmsallaşdırılması strategiyamız çərçivəsində TuranBank ilə əlaqələrimizi daha da genişləndiririk. Bank ilə 2024-cü ilin fevral ayında filiallarda başlayan əməkdaşlığımız bu gün mobil kanallara da inteqrasiya olunub. Bu çərçivədə iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə vermək bizi çox sevindirir." 
"Müasir bankçılıq trendlərinə uyğun olaraq, strateji hədəfimiz müştərilərimizə ən qabaqcıl rəqəmsal həlləri təqdim etməkdir. Türkiyənin ilk beynəlxalq pulköçürmə sistemi olan UPT ilə 2024-cü ildən başlayan tərəfdaşlığımızı rəqəmsal müstəviyə daşımaqla, müştərilərimiz üçün sərhədsiz və sürətli maliyyə çıxışı təmin edirik. Bu funksionallıq təkcə vaxta qənaət deyil, həm də əməliyyatların şəffaflığı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə də müasir bankçılıq həlləri və innovativ yanaşmalarla müştərilərimizə etibarlı və çevik xidmət göstərməyə və məsafədən xidmət spektrini genişləndirməyə davam edəcəyik", - deyə TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev qeyd edib. 
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır...

İqtisadiyyat       Tarix: 14 mart 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 valyuta məzənnələri son xeberler az iqtisadiyyat xeberleri bugun