Uqandada "ASAN xidmət" konsepsiyası əsasında ilk mərkəz açıldı - FOTOLAR

Uqandada Uqanda Respublikasının Hoima şəhərində  "ASAN xidmət" modeli əsasında  fəaliyyət göstərəcək Dövlət Xidmətləri Mərkəzinin açılışı baş tutub. 
azxeber.com xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasa və digər qonaqlar iştirak ediblər.
Azərbaycan və Uqanda bayraqlarının ucaldıldığı tədbirdə öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Uqandalı nazir  Azərbaycan Prezidenti və Dövlət Agentliyinə ölkəsində xidmət mərkəzlərinin yaradılmasına verdiyi dəstəyə görə təşəkkür edib. Eyni zamanda "ASAN xidmət" modeli əsasında fəaliyyət göstərəcək yeni xidmət mərkəzinin Afrikada yerləşən digər ölkələrə də nümunə olacağını qeyd edib. 
Ülvi Mehdiyev bu əlamətdar hadisə münasibətilə Uqanda tərəfinə təbriklərini çatdırıb və bundan sonra da "ASAN xidmət"in  dövlət xidmətlərinin təkmilləşdirilməsində dəstəyini ifadə edib. 
Ardınca Mərkəzin inzibati binasının qarşısında xatirə lövhəsi yerləşdirilib və burada fəaliyyət göstərəcək xidmətlərlə tanışlıq baş tutub.
Uqandanın ilk regional xidmət mərkəzi olan Dövlət Xidmətləri Mərkəzində  14 dövlət qurumunun 30-dan çox xidməti həyata keçiriləcək. 
Tədbir çərçivəsində uqandalı nazirə "ASAN xidmət" ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı da təqdim edilib. 
Dövlət Agentliyinin nümayəndə heyəti səfər çərçivəsində bu ölkənin Prezidenti Yoveri Kaquta Museveni tərəfindən qəbul edilib, həmçinin bir sıra nazirliklərdə, qurumlarda işgüzar görüşlər keçirib. Görüşlərdə hər ilk ölkə arasındakı münasibətlərin dərinləşdirlməsi, müvafiq sahələr üzrə əməkdaşlığın inkişaf istiqamətində müzakirələr aparılıb.
21 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb. Memorandumun məqsədi Uqanda Respublikasında dövlət xidmətlərinin göstərilməsi sisteminin təkmilləşdirilməsi, bu sahədə idarəetmə bacarıqlarının artırılmasıdır.
Hazırda Dövlət Agentliyi tərəfindən "ASAN xidmət" təcrübəsinin paylaşılması istiqamətində 20 dən çox ölkə ilə əməkdaşlıq davam edir.
Uqandada Uqandada Uqandada Uqandada Uqandada Uqandada Uqandada Uqandada Uqandada

Sosial       Tarix: 31 iyul 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Neftin qiyməti ucuzlaşdı

Qlobal enerji bazarlarında neftin qiymətində enmə qeydə alınıb. xəbər verir ki, hazırda dünya birjalarında "Brent" markalı neftin bir barreli 82,92 ABŞ dollarına, WTI markalı yüngül neftin bir barreli isə 80,6

Bəyim Bayramova VƏFAT ETDİ

Şəmkir şəhəri Əhməd Cavad adına tam orta məktəbin keçmiş direktoru Bayramova Bəyim Vəli qızı 80 yaşında dünyasını dəyişib. . xəbər verir ki, bu barədə məktəbin paylaşdığı məlumatda deyilir. . Bəyim Bayramova məktəbdə 1969–200-c

Kriptovalyuta bazarında düşüş: Bitcoin və Ethereum son sutkada dəyər itirdi

Kriptovalyuta bazarında satış təzyiqi güclənib. Bazar dəyərinə görə ən böyük iki rəqəmsal aktiv olan "Bitcoin" və "Ethereum" son sutkada dəyər itirib. milliaz-a istinadən xəbər verir ki, binance birjasını

Bakıda su problemi̇ - Məhdudiyyətin səbəbi̇ açiqlandi

Bakının Yasamal, Suraxanı, Sabunçu, Nizami rayonlarında sakinlər bir neçə gündür su təchizatında problemlə üzləşdiklərini bildirirlər. xəbər verir ki, məsələ ilə bağlı -ın sorğusunu cavablandıran İri Şəhərlərin Birləşmi

Aclığı saatlarla unutduran 3 qida - Dietoloqlar sirri açdı

Mütəxəssislər uzun müddət toxluq hissi yaradaraq gün ərzində artıq qida qəbulunun qarşısını alan qidaların siyahısını açıqlayıblar. -a istinadən xəbər verir ki, araşdırmalara görə, zülal və liflə zəngin qidalar aclıq hissin

Quranda Məhərrəm ayında toy etməklə bağlı qadağa yoxdur - İlahiyyatçı

Məhərrəm ayı İslam dünyasında xüsusi əhəmiyyət daşıyan aylardan biri hesab olunur və müsəlman təqviminin ilk ayıdır. Bu ay xüsusilə faciəli tarixi hadisələr və dini-mənəvi dəyərlərlə əlaqələndirilir. Əsasən də səbr, ibadət

DİQQƏT: Dollar zəifləyir, bəs manatı nələr gözləyir?

Hörmüz boğazında gərginliyin azalması və dəniz marşrutunun tam fəaliyyətə başlaması dünya enerji bazarlarında qiymətlərin aşağı düşəcəyi ilə bağlı gözləntiləri artırıb. Bu vəziyyətin ABŞ dollarının məzənnəsinə və Azərbaycand

Nazir rəisi vəzifəsindən azad etdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ziya Əfsərov vəzifəsindən azad olunub. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununl

Qlobal qaz qiymətləri yüksəlir: Azərbaycanı nələr gözləyir?

ABŞ-ın Nyu-York əmtəə birjasında (NYMEX) təbii qazın qiymətinin artması qlobal enerji bazarlarında diqqətlə izlənilən hadisələrdən biridir. ABŞ-də baş verən bu bahalaşmanın Azərbaycanın qaz sektoruna təsiri birbaşa olmas


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler son xeber az xəbər az sou xeberler