Ürək sağlamlığını effektiv şəkildə gücləndirən təbii maddələr açıqlandı

Ürək sağlamlığını effektiv şəkildə gücləndirən təbii maddələr açıqlandıPortsmut Universitetinin alimləri adətən avokado və çərəzdə olan keton monoefirlərin ürəyin iş indeksini və kiçik damarlarda qan dövranını yaxşılaşdıra biləcəyini müəyyən ediblər.
KONKRET.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Applied Physiology" (JAP) jurnalında dərc edilib.
Sözügedən məhsullarda olan ketonlar orqanizmdə ketoz adlanan karbohidrat aclığı nəticəsində əmələ gələ bilər. Bu proses orqanizmə yağlardan enerji istehsal etməyə kömək edir ki, bu da qanda qlükozanın aşağı səviyyəsində sağ qalmağa imkan verir.
Bəzi araşdırmalar göstərib ki, ketonlar piylənmədən əziyyət çəkən insanlarda koqnitiv pozuntuların qarşısını ala bilir. Lakin yeni araşdırmada əsas diqqət keton efirlərinin ürəyə necə təsir etməsinə yönəlib.
Tədqiqatda ikinci tip diabetdən əziyyət çəkən insanlar iştirak ediblər. Orqanizmi ketoz vəziyyətinə gətirmək üçün könüllülərə keton efirləri olan maye əlavəsini qəbul etmək təlimatı verilib. İkinci mərhələdə təcrübə plasebo ilə təkrarlanıb. Bütün tədqiqat müddətində alimlər ürəyin işini, baldır əzələlərində oksigen səviyyəsini və iştirakçıların damar funksiyasını qiymətləndiriblər.
Nəticələr göstərib ki, ketonlu içki qəbulundan sonra iştirakçıların ürəyi həm istirahət vəziyyətində, həm də mülayim fiziki yükləmələr zamanı daha səmərəli işləyib. Həmçinin kiçik damarlarda qan dövranının yaxşılaşması qeydə alınıb.
Alimlər izah ediblər ki, keton monoefirləri təkcə əlavələr vasitəsilə deyil, həm də qida ilə əldə etmək mümkündür. İspanaq, brokkoli, avokado, qoz, zeytun və kokos yağı, pendir və balığın müntəzəm olaraq qida rasionuna daxil edilməsi ürək sağlamlığı üçün çox faydalı ola bilər.

Sağlamlıq       Tarix: 10 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan səhiyyəsi qlobal reytində son sıralardadır

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə 101 ölkə arasında 92-ci sırada qərarlaşıb. yenisabah-a istinadla xəbər verir ki, səhiyyə xidmətlərinin keyfiyyətinə dair hazırlanan reytinq siyahısında Azərbaycan 49 bal toplay

Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir

Xəstəlik insan həyatının ən çətin sınaqlarından biridir. İnsan sağlamlığını itirdikdə ağrı, narahatlıq və qorxu ilə üzləşir, bəzən isə yaşadığı çətinliklərin səbəbini anlamağa çalışır. Xristian mənəvi ənənəsində xəstəli

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Kennedi ailəsinin gizli faciəsi: Gözəlliyi ilə kral ailəsini heyran edən Rozmariyə niyə "yox edildi"

1938-ci ilin mayında Londondakı Bukingem sarayının möhtəşəm bal zalında 20 yaşlı Rozmari Kennedi ağappaq, zərif libası ilə Böyük Britaniya kralı VI Georq və kraliça Elizabetin qarşısında baş əyərkən hamının diqqətini cəl

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Koronavirusla bağlı ŞOK İDDİA: İnsan orqanizmində görün nələr edirmiş

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin alimləri koronavirusla bağlı mühüm elmi qənaətə gəliblər. Məlum olub ki, virus insan orqanizminin toxumalarında illərlə qalmaq qabiliyyətinə malikdir. bildiri

Rənglərin görünməyən təhlükəsi: Uşaqların istifadə etdiyi boyalarda hansı kimyəvi maddələr var?

Uşaqların rəsm çəkməsi onların yaradıcılıq qabiliyyətinin inkişafına müsbət təsir göstərsə də, bu zaman istifadə edilən materialların təhlükəsizliyi də diqqətdən kənarda qalmamalıdır. Xüsusilə su əsaslı boyaların uşaqla


yeni xeberler son xeberler azerbaycan xeberleri havanın temperaturu cəbhədən xəbərlər metbuat azerbaycanda son xeberler