Ürəktutmadan ölənlərin sonradan oyanma ehtimalı var? – Kardioloq AÇIQLADI

Ürəktutmadan ölənlərin sonradan oyanma ehtimalı var? – Kardioloq AÇIQLADI"Təəssüf ki, son zamanlar ürək xəstəlikləri çox cavanlaşıb. Burada bir çox faktor var. Birinci faktor gündəlik tütün və tütün məhsullarından istifadəyə daha erkən yaşdan başlanılması, insanlarda buna daha çox marağın olmasıdır. Bura elektron siqaret, qəlyan və s. daxildir. Siqaret, az hərəkət də çox böyük rol oynayır. İnsanlarımız tənbəlləşiblər, əvvəlki qədər hərəkət etmir, daha çox oturaq həyat yaşayırlar. Əlbəttə, genetika da bu məsələdə çox böyük rol oynayır. Əgər hər hansı kardioloji şikayətiniz varsa, "oldu, keçdi, bir də olmayacaq" demək olmaz. Kardioloji ağrılar tutma şəklində olur. İlkin dövrlərdə bəzən üç, beş, on dəqiqə tutma olur, buraxır. Bu, artıq xəbərdaredici vəziyyətdir. Buna görə belə bir şikayət olanda mütləq kardioloqa müraciət etmək lazımdır. Əsas şikayətlər sinədə yaranan göynəmə, qollarımıza, bəzən mədə nahiyəmizə, çənəmizə ağrılar vurması ilə müşahidə edilir. Hətta diş ağrısı formasında da özünü göstərə bilər. Belə əlamətlər, eyni zamanda sizdə irsi faktor varsa, mütləq ciddiyə almaq, kardioloqa müraciət etmək lazımdır. Hər hansı şikayət başlayıbsa, sinədə yanma, göynəmə varsa, birinci uzanmalı və tez zamanda təcili yardıma müraciət edilməlidir".
KONKRET.azxəbər verir ki, bu sözləri Pravda.az-a müsahibəsində tanınmış kardioloq Muxtar Müseyibov deyib.
Həkim bildirib ki, təcili yardım gələnə qədər insanın özünün edə biləcəyi bir şey yoxdur: "İrsi faktor varsa, 35 yaşından sonra iki ildən bir müayinə etmək lazımdır. 40 yaşı keçmisinizsə, heç bir şikayət olmasa belə, ildə bir dəfə "check-up" deyimiz kardioloji müayinədən keçməyi tövsiyə edirik. Xüsusən iris xəstəliyi olan insanlar daha diqqətli olmalıdırlar. Siqaret çəkməməli, aktiv həyat tərzi yaşamalıdırlar. Millət olaraq çox yağlı yeməklər yeyənik. Heyvani yağlarla zəngin qidaları çox istifadə edirik. İnsanlar qidalanma rejimlərinə də diqqət etməlidirlər. Daha çox piyada gəzmək lazımdır. Gün ərzində ən az 4400-5000 min addım atmaq tövsiyə olunur. Bunu etmək vacibdir. Bacarırsınızsa, daha çox addım atın. İndiki zəmanədə nə qədər bunu bacarmaq mümkündür, bilmirəm, amma stresdən, stres yaradan səbəblərdən də uzaq durmaq lazımdır. Bəzən bizdən asılı olmayan səbəblər olur".
M.Müseyibov ürəktutmasından dünyasını dəyişən şəxslərin sonradan oyanma ehtimalının olub-olmaması barədə yaranan müzakirəyə də aydınlıq gətirib: "Bu, bir az absurd anlayışdır. Əgər ilkin tibbi yardım göstərilmirsə, mümkün deyil. Tibbi göstəriş belədir ki, xəstənin ürəyi dayanıbsa, 45 dəqiqə ürək masajı etmək lazımdır. 45 dəqiqə sinədən professional masaj edilir, təzyiq ölçülür, vurulacaq iynələr də var. 45 dəqiqə ərzində heç bir həyat əlaməti yoxdursa, onda xəstə artıq dünyasını dəyişmiş hesab olunur. Amma təbii ki, istisnalı hallar var. Yalnış xatırlamıramsa, Yaponiyada bir uşağın iki saat dayanmadan masajdan sonra ürəyin fəaliyyəti bərpa olunmuşdu. Əgər ürək dayanırsa, uzun müddət sonra yenidən fəaliyyəti bərpa olunursa, beyin fəaliyyəti bərpa oluna bilməz. Artıq beyin ölümü gerçəkləşib. Ona görə də bunlar boş fərziyyələrdir".

Sağlamlıq       Tarix: 04 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber 2026 cebheden xeberler kriminal enson xeberler