Ölkədə həkimlərin sayı azalıb? - Mütəxəssis suala belə REAKSİYA VERDİ

Ölkədə həkimlərin sayı azalıb? - Mütəxəssis suala belə REAKSİYA VERDİAzərbaycanda tibb ixtisaslı mütəxəssislərin sayının azalması ilə bağlı narahatlıqlar artsa da, terapevt Rasif Bağırov bunun real vəziyyəti əks etdirmədiyini bildirib.
KONKRET.az-a açıqlamasında o qeyd edib ki, ölkədə həkimlərin sayı kifayət qədərdir və hətta bəzi göstəricilərə görə Azərbaycan dünyada ilk sıralarda qərarlaşıb:
Ölkədə həkimlərin sayı azalıb? - Mütəxəssis suala belə REAKSİYA VERDİ"Əhalinin sayına görə Azərbaycanda həkimlərin sayı bütün dünya ölkələrindən çoxdur. Hətta xaricdən də həkimlər ölkəmizə gətirilir. Demək olar ki, dünyanın elə bir ölkəsi yoxdur ki, Azərbaycanda həmin ölkənin klinikası fəaliyyət göstərməsin. Yəni həkim qıtlığı anlayışı mövcud deyil."
Rasif Bağırovun sözlərinə görə, əsas problem həkim sayında deyil, ştat yerlərinin kifayət qədər açılmamasındadır:
"Əhalinin artmasına baxmayaraq, dövlət xəstəxanalarında ştatlar artırılmır. Bakı şəhərində nəzərdə tutulan 2 milyon əhali üçün olan tibbi ştatlar, hazırda faktiki 4 milyon əhali yaşayan paytaxta da eynidir. Nəticədə bir çox həkimlər işsiz qalır, məcburən özəl klinikalarda çalışır."
Mütəxəssis əlavə edib ki, özəl klinikalar da yeni məzunları işə götürməkdə ehtiyatlı davranır, onlardan yüksək peşəkar bilik tələb olunur. Dövlət sektorunda isə həkimlər çoxlu sənəd işi ilə yükləndiyi üçün xəstəyə kifayət qədər vaxt ayıra bilmir.
Xaricə işləməyə gedən gənc həkimlərin səbəblərinə toxunan Bağırov bildirib ki, əsas motivasiya işsizlik və peşəkar imkanların məhdud olmasıdır:
"Azərbaycanda iş tapa bilməyən həkimlər alman dilini öyrənir, Gürcüstanda imtahan verib, daha sonra Almaniyaya gedirlər. Xaricdə işləmək də asan deyil, orada da imtahan verib prosesdən keçmək lazımdır."
Onun fikrincə, tibbi sahədə real islahatlar yalnız işin təşkilindəki problemlər aradan qaldırıldıqdan sonra nəticə verə bilər.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 15 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son dəqiqə xeberlər meherremlik 2026 krimnal xeber