Ursula von der Leyen Azərbaycanı Avropanın etibarlı tərəfdaşı adlandırdı

Ursula von der Leyen Azərbaycanı Avropanın etibarlı tərəfdaşı adlandırdıAvropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Azərbaycanı Avropanın etibarlı tərəfdaşı adlandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Sofiyada Bolqarıstan Yunanıstan İnterkonnektoru (ICGB) layihəsinin açılışında çıxışı zamanı deyib.
Ursula fon der Leyen bildirib ki, Bolqarıstan və Yunanıstan arasındakı İnterkonnektor (İCGB) layihəsi 10 ildən artıqdır ki, masa üzərində olub: "Bu layihə ilə bağlı məsələlər və müzakirələr 2009-cu ildən başlayıb. Həmin vaxt Bolqarıstan "Qazprom"un qərarından ciddi zərər görmüşdü, çünki "Qazprom" Ukrayna ərazisi vasıətsilə qaz ixracından imtina etmişdi. Bu layihənin reallaşması zaman aldı, ancaq biz qətiyyətli olduq. Bu layihə səbir tələb edirdi. Bu gün bu layihənin işə başlaması münasibətilə Bolqarıstan və Yunanıstan hökumətlərini təbrik edirəm. Aİ bu layihəni ilk günüdən dəstəkləyib. Biz həm siyasi, həm də maliyyə dəstəyi vermişik. Mən deyərdim ki, bu gün həm Bolqarıstan, həm də cənub-şərqi Avropa üçün yeni era başlayır".
Avropa Komissiyasının Prezidenti xatırladıb ki, Bolqarıstan Rusiyanın Ukraynaya qarşı müharibə elan etdiyi zamanadək 80 faiz qazını Rusiyadan idxal edirdi: "Bu, Rusiyanın Ukraynaya hərbi müharibəsi və Avropaya qarşı enerji müharibəsində başlamazdan öncə idi. Bu gün bu layihə ciddi şəkildə vəziyyəti dəyişir həm Bolqarıstan, həm də Avropanın enerji təhlükəsizliyi məsələsində. Bu, Rusiya qazından asılılığın aradan qaldırılması, müstəqillik deməkdir".
Fon der Leyen vurğulayıb ki, bu interkonnektor bütün Bolqarıstan təmin edəcək qaz ixrac etmək potensialına malikdir: "Çox çətin zamanda bu, möhtəşəm bir xəbərdir. Həm Bolqarıstanda, həm də Avropanın digər regionlarında insanlar Rusiyanın müharibəsinin nəticələrini hiss edir, lakin bu cür layihələrə görə Avropanın qış üçün qaz tədarükü olacaq. Avropa bu istiqamətdə çox çalışıb, vacib addımlar atıb xüsusilə də son aylarda: Rusiya qazının alternativ qaz mənbələrinin yəni daha etibarlı mənbələrlə, tərəfdaşlarla əvəz olunması. Azərbaycan Prezidenti İlham Əliyev burdadır, mən bu məqsədlə iyul ayında sizi ziyarət etdim. Bizim Norveç, ABŞ, Əlcəzair kimi dostlarımız və digər tərəfdaşlarımız bu çətin zamanda bizə kömək edir".
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Aİ-nin enerji təhlükəsizliyi ilə bağlı addımları barədə məlumat verib: "Biz qaz ehtiyatlarının, anbarlarımızın qorunması və səmərəli istifadəsi barədə ortaq qərar aldıq. Uzun müddətli həll yolu isə bərpaolunan enerji ilə bağlıdır".
Aİ rəsmisi deyib ki, ölkələr bu sahəyə investisya qoymalıdır: "Bərpa olunan enerji müxtəlif aspektlərdən daha səmərlidir və ölkəni müstəqil edir. Enerji böhranı ciddidir, amma inanıram ki, biz bunun öhdəsindən gələcəyik. Gəlin birlikdə güclü və möhkəm enerji birliyi formalaşdıraq".

Siyasi       Tarix: 01 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat metbuat xeberleri apa.az xeberler xeber.az 2026