Uşaqlar niyə kütləvi şəkildə xəstələnir?

Uşaqlar niyə kütləvi şəkildə xəstələnir?Son vaxtlar uşaqlar arasında yayılan xəstəliklər valideynlərin narahatlığına səbəb olub. Bəziləri COVİD olduğunu deyir, bir qismi qızılcadan şübhələnir, digərləri isə yeni bir virus yayıldığını iddia edirlər. Xəstəliyi ağır keçirən də var, iki günə sağalan da.
Bəs uşaqlar arasında yayılan xəstəlik əslində nədir? Həqiqətən, koronovirusdur, yoxsa yeni növ virusla üz-üzəyik? Ən əsası, bu virusla necə mübarizə aparmalıyıq?
Qızdırma, öskürək, halsızlıq…
Pediatr Vaqif Qarayev deyir ki, payız və qış aylarında havaların soyuması virusların aktivliyini artırır. Bu dövrlərdə respirator infeksiyalar (soyuqdəymə, qrip və s.) daha çox yayılır. Soyuq havada uşaqların immuniteti zəifləyir və viruslara qarşı həssas olurlar: "Hazırda uşaqlar arasında yayılan mövsümi viruslardır. Bu, hər il olub, olacaq da. Ölkə ərazisində havalar tez-tez dəyişir. Bu mövsümdə daha çox tənəffüs sistemini zədələyən respirator viruslar baş qaldırır. Ümumi əlamətləri isə qızdırma, burun tıxanıqlığı, öskürək, halsızlıq və zəiflikdir. Valideynlərin bəziləri COVID olduğunu düşünür. "COVID yoxdur" demirik, amma hazırda koronavirusla bağlı ölkədəki vəziyyət qənaətbəxşdir. Bu viruslar COVID deyil, mövsümi viruslardır".
Zənglərin ardı-arası kəsilmir
Virusla mübarizə aparmağın yollarına gəldikdə isə, pediatr deyir ki, onun kütləvi şəkildə yayılmasının səbəbi bağçalar və məktəblərdir: "Xüsusilə, 16 sentyabrdan sonra uşaqların xəstələnməsi ilə bağlı zənglərin ardı-arası kəsilmir. Valideynlər də şikayətlənirlər ki, uşaq məktəbə gedir, xəstələnib gəlir. Uşaqların qapalı məkanlarda, xüsusən də məktəblərdə və bağçalarda sıx təmasda olması virusların asanlıqla yayılmasına şərait yaradır. Qrup şəklində tədris zamanı bir uşağın xəstə olması digərlərinə də infeksiyanı ötürə bilər. Bunun səbəbi məktəb, yaxud bağça deyil, valideynlərdir. İnfeksiya məktəbdən öncə də var idi. İnfeksiyanı yaradan məktəb deyil. Sadəcə olaraq, xəstə uşaq məktəbə getməməli, evində oturmalıdır. Uşağını xəstə-xəstə məktəbə yola salan valideyn həm öz övladını təhlükəyə atır, həm də digər uşaqları yoluxdurur. Çünki xəstə uşaq evdə istirahət etməsə, gec sağalır, hətta bəzən ağırlaşma halları olur. Biz bunu valideynlərə izah edə bilmirik. Mövsümi viruslar ev şəraitində üç-dörd günə sağala bilər. Əsas qızdırmaya nəzarət etmək, meyvə-tərəvəzlərlə zəngin menyu və yataq rejimidir. Ümumiyyətlə isə, əllərin düzgün yuyulmaması, sanitariya qaydalarına riayət olunmaması virusların yayılmasını asanlaşdıran əsas faktorlardandır. Uşaqlar arasında gigiyenik vərdişlərin aşılanması vacibdir".
Uşaqlar üçün təhlükəli virus – Koksaki
Hazırda uşaqlar üçün təhlükəli hesab edilən virus isə Koksakidir. Həkim vurğulayır ki, bu virus qızdırma və ishalla müşahidə olunur: "Bu virusu kiçik yaşlı uşaqlar üçün daha təhlükəli hesab edirəm. Çünki qusma və ishalla uşaqlar maye itirir, bu, kompensasiya olmalıdır. Üç yaşa qədər, xüsusilə südəmər uşaqlarda həkim nəzarəti mütləqdir. Evdə müalicə, həkim məsləhəti olmadan uşağa antibiotik vermək vəziyyəti daha da pisləşdirir. Xəstəliyin əlamətlərinə gəldikdə isə, hərarət yüksəlir, ağızda, əllərdə, ayaqlarda, bəzən genital nahiyədə səpkilər müşahidə olunur. Spesifik müalicəsi yoxdur, hərarətə nəzarət etmək, ağız boşluğunun gigiyenasına fikir vermək lazımdır. Virus düzgün müalicə olunarsa, 5-7 gün ərzində keçir".
COVID testi pozitiv çıxan uşaqlar da var
Pediatr Nigar Mirzəyeva da təsdiqləyir ki, müraciət edən uşaqlarda yüksək hərarət, davamlı asqırma, burun axıntısı, əzələ və boğaz ağrısı müşahidə edilir: "Payızın gəlişi, məktəb və bağçaların açılması səbəbilə uşaqlar arasında kəskin respirator virus infeksiyaları ilə yoluxma halları artmaqdadır. Viruslar yoluxucu olduğu üçün qapalı məkanlarda bir uşaq xəstələndiyi zaman bütün uşaqlar bu virusa yoluxurlar. Yoxlanışa gələn uşaqlarda aparılan qan və ya boğaz yaxma analizlərində COVID testi pozitiv çıxan uşaqlar da olur".
Ağırlaşmaların qarşısını alan ən yaxşı vasitə
Xəstəliyin müalicəsinə gəldikdə, pediatr vurğulayır ki, digər virus infeksiyalar kimi bol maye qəbulu, istirahət və simptomatik müalicə aparılır: "Hərarətsalıcı, öskürək əleyhinə müalicə, burun tıxanıqlığı və ya axıntısı ilə bağlı burun damcıları təyin olunur. Qorunma yollarına gədikdə isə, ilk olaraq, bağça və məktəbə getməzdən öncə, uşaqların yaşa uyğun bütün peyvəndlərinin tamamlanması məsləhətdir. Peyvəndlər virusa bağlı ağırlaşmaların qarşısını alan ən yaxşı vasitədir. Bu gün uşaqların ağırlaşmalarla xəstəxanaya yatış səbəbi əsasən, inflüenzadır. Xüsusilə oktyabr-noyabr aylarında qrip peyvəndi ilə bundan qorunmaq mümkündür. Hazırda həm dövlət, həm də özəl xəstəxanalara müraciət edib yararlana bilərlər".
Həkimlər vurğulayır ki, viruslardan qorunmaq üçün uşaqlar tez-tez əllərini yumalı, gigiyenik qaydalara riayət etməli, onların sağlam və balanslı qidalanmasına diqqət yetirilməli, olduqları məkanların havasını tez-tez dəyişməli və mövsümə uyğun geyimlər seçərək havanın təsirlərindən qorunmalıdırlar. Peyvəndlər, xüsusilə qripə qarşı vaksinlər, uşaqların virus infeksiyalarına qarşı müdafiəsini gücləndirir.  ("Kaspi" qəzeti) / konkret.az

Sağlamlıq       Tarix: 05 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Koronavirusla bağlı ŞOK İDDİA: İnsan orqanizmində görün nələr edirmiş

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin alimləri koronavirusla bağlı mühüm elmi qənaətə gəliblər. Məlum olub ki, virus insan orqanizminin toxumalarında illərlə qalmaq qabiliyyətinə malikdir. bildiri

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Ucuz qiymətə satılır, faydaları isə saymaqla bitmir – EKSPERT AÇIQLADI

Son dövrlər Bakının balıq bazarlarında kilkəyə marağın artdığı müşahidə olunur. Digər balıq növləri ilə müqayisədə daha münasib qiymətə satılan kilkə həm əlçatanlığı, həm də zəngin qida tərkibi ilə istehlakçıların diqqətin

Gürcüstanda surroqat analıq qadağan edilir

Arzusu – Demokratik Gürcüstan" Partiyası surroqat analığın tamamilə qadağan edilməsi barədə qərar qəbul edib. Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya brifinqd

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı

"Bu briket insanı 24 saat ərzində yaşatmaq üçün nəzərdə tutulub, — serjant xırıltılı səslə izah etdi. — Onun tərkibində vitaminlər, mineral maddələr, zülallar və selitra var. Bir sözlə, rəhbərliyin əsgər orqanizmi üçü

Rənglərin görünməyən təhlükəsi: Uşaqların istifadə etdiyi boyalarda hansı kimyəvi maddələr var?

Uşaqların rəsm çəkməsi onların yaradıcılıq qabiliyyətinin inkişafına müsbət təsir göstərsə də, bu zaman istifadə edilən materialların təhlükəsizliyi də diqqətdən kənarda qalmamalıdır. Xüsusilə su əsaslı boyaların uşaqla

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycanda son xeberler cəbhədən ən son xəbərlər krimnal xeber en son xeberler