Uşaqları koronavirusdan necə qoruyaq?

Uşaqları koronavirusdan necə qoruyaq?Müxtəlif mənbələrdən olan məlumatlar uşaqların koronavirusa daha az məruz qaldıqları fikrini təsdiqləyir. Bu barədə koronavirus pandemiyası yenicə başlayanda belə bir fikir formalaşmışdı ki, uşaqlar koronavirusa yoluxmur. Lakin zaman keçdikcə uşaqlarda da bu virusa yoluxma faktları aşkarlandı. Hazırda isə bütün mülahizələr bir yerdə cəmləşir ki, uşaqlar bu virusa yoluxa bilir, amma bu xəstəliyin əlamətləri onlarda daha yüngül özünü göstərir və xəstəliyin gedişatı daha yüngül olur.
Bununla belə, son vaxtlar uşaqlarda da koronavirusun ciddi və ağır keçməsi faktları müşahidə olunub. Bu hallar, eyni zamanda bir çox ölkələrdə məktəblərin, uşaq bağçalarının bağlanması, insanlar arasında məsafənin saxlanılması və bir çox başqa ciddi tədbirlər valideynləri öz övladlarının təhlükəsizliyi barədə düşünməyə vadar edir.
Niyə koronavirus uşaqlarda bir cür, böyüklərdə başqa cür özünü büruzə verir? Əgər uşaqlarda da yoluxma varsa, bu, onlara necə təsir edə bilər, onların gələcək həyatlarında özünü necə göstərər? Milli.Az xəbər verir ki, Trendvalideynləri düşündürən bu suallarla pediatr Nigar Mirzəyevaya müraciət edib.
- Doktor, ilk öncə bilmək istərdik, azyaşlı uşaqlar koronavirusa yoluxurmu?
- Bəli, uşaqlar da böyüklər kimi koronavirusla qarşılaşdıqda, bu virusa yoluxurlar və onlarda da Covid-19-un simptomları özünü göstərir. Çinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin apardığı tədqiqatların (20 fevral 2020-ci il) nəticələrinə görə, Çində 19 yaşından aşağı olan uşaqlarda koronavirus xəstəliyi Covid-19-a yoluxan 72 314 nəfərdən 2% təşkil edir. Amerika tədqiqatçılarının gəldiyi nəticəyə görə isə, ABŞ-da koronavirusa yoluxanlar arasında uşaqlar 1% təşkil etmişdir və 508 xəstə uşaq arasında heç bir ölüm hadisəsi olmamışdır.
- Koronavirus uşaqlara necə təsir edir? Bu xəstəliyə yoluxan uşaqlar sağaldıqda necə, bu, onların gələcək həyatında özünü nə vaxtsa göstərə bilərmi?
- Dünya statistikasında uşaqlar arasında koronavirusla bağlı xəstəxanalarda yatış və ölüm sayı çox azdır. Bütün yaş qruplarından olan uşaqlarda xəstəliyin ağır keçirmə göstəricisi böyük yaş qrupunda olan insanlara nisbətən 1% təşkil edir. Koronavirus uşaqlarda əsasən simptomsuz keçir, simptomlu xəstələrdə isə əlamətlər əsasən yüngül qızdırma, burun axıntısı və öskürək şəklində özünü göstərir. Böyüklərdə olduğu kimi, uşaqlar da bu virusdan sağaldıqdan sonra bu, onların gələcək həyatlarında özünü göstərmir.
- Niyə uşaqlarda koronavirus daha yüngül keçir?
- "Journal of the American Medical Association" tibb jurnalında dərc edilmiş araşdırmalarda virusun əsasən 50-60 yaşlı insanları yoluxdurduğu bildirilir və ən sıx görülən fəsadı - kəskin ağciyər sıxılma sindromudur. Bu zaman virusa qarşı orqanizmin immun sistemi daha güclü müqavimət göstərir. Ağciyərlərdə maye və immunitet hüceyrələrinin toplanması - "sitokin partlaması" baş verir və oksigen diffuziyasını blokada edir. Aparılan bəzi araşdırmalar göstərir ki, uşaqlarda koronavirusun yüngül keçməsinin səbəbi immun sisteminin hələ inkişafda olması ilə bağlıdır
- Doktor, deyə bilərsinizmi, risk qrupuna hansı uşaqlar daxildir?
- Bu risk qrupuna əsasən südəmər uşaqlar (1 yaşa qədər), anadangəlmə ürək qüsuru olan uşaqlar, xroniki böyrək problemi olanlar, onkoloji xəstəlik nəticəsində kimya terapiyası alan uşaqlar və orqan transplantasiyası əməliyyatı keçirən uşaqlar aiddir.
- Koronovirusa yoluxmuş hamilə qadının bu virusu bətnindəki uşağa keçirməsi ehtimalı varmı?
- Çinin Uhan şəhərində, həmçinin Northüestern Universtetində koronavirusa yoluxmuş hamilə qadınlar üzərində aparılan tədqiqatların nəticələr göstərir ki, koronavirus hamilə qadından körpəsinə keçmir. Həmçinin, dünyanın nüfuzlu həftəlik "The Lancet" tibb jurnalında yayımlanan çalışmalarda da koronavirusun ana bətnindən cift yolu ilə körpəyə keçmədiyi müəyyən olunub.
- Uşaqları koronavirusdan necə qorumalıyıq?
- Uşaqları koronavirusdan qorumaq üçün öncə valideynlər özləri gigiyenik qaydalara əməl etməlidirlər. Dırnaq, əl gigiyenasına diqqət etməli, evə gələrkən mütləq geyimlərini dəyişməli və digər lazımi tədbirləri görməlidirlər. Uşaqlar da tez-tez əllərini yumalıdır. Həmçinin, uşaqlara sosial məsafələrin saxlanması qaydaları, öskürək və ya asqırma zamanı dirsək ilə ağızın bağlanması lazımdır.
1 yaşına qədər olan uşaqlar hər bir şeyi ağızlarına apardıqlarına görə oyuncaqların, paltarların gigeniyasına diqqət edilməlidir, uşaq paltarları 60-90 dərəcədə yuyulmalıdır. Burada bir vacib məsələni də qeyd etmək istərdim ki, bu dönəmdə rutin peyvəndlərin vaxtında vurulmasının çox böyük əhəmiyyəti var. Bütün bunlara əməl edən valideynlər öz uşaqlarını Covid-19-dan qoruya bilərlər.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 21 may 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


son xeberler azerbaycan xeberleri yeni xeberler az xeber dunya xeberleri xeberler az en sonxeber