ÜST-dən peyvəndlərlə bağlı ÜZÜCÜ XƏBƏR
Koronavirus pandemiyasına son qoymaq üçün bir peyvənd kifayət deyil. Təhlükəsizlik tədbirlərinin görülməsi, kütləvi testlərin aparılması və yoluxanlarla təmasda olanların yoxlanması əvvəlki tək çox vacibdir.
Publika.az BMT-nin Xəbərlər Xidmətinə istinadla bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus "Moderna" şirkətinin istehsal etdiyi vaksinlərin effektivliyini müzakirə edərkən bildirib.
Bazar ertəsi KİV-də gedən məlumatına görə, Amerikanın "Moderna" şirkətinin ekspertləri tərəfindən yaradılmış peyvəndin üçüncü, yəni sonuncu, klinik sınaq mərhələsi zamanı onun effektivliyinin 94,5 faiz təşkil etdiyi məlum olub. Sınaqlar zamanı 95 nəfərin koronavirusa yoluxması səbəbindən onlara peyvənd əvəzinə plasebo təyin edilib. Xəstəliyi ağır formada keçirən 11 nəfərin hamısının nəzarət qrupunda olan, yəni plasebo təyin olunmuş pasiyentlərdən ibarət olduğu bildirilir.
Xatırladaq ki, ötən həftə "Pfizer" şirkəti "BioNTech" adlı alman firması ilə birgə hazırladığı vaksinin müsbət təsirə malik olduğunu bəyan etmişdi.
Doktor Tedros, həmçinin bildirib ki, klinik sınaqlar başa çatandan və vaksin bazara çıxarılandan sonra da, ona qarşı məhdudiyyət qoyulacaq.
"Təklifə əvvəldən məhdudiyyət tətbiq ediləcək. Üstünlük ilk növbədə, tibb işçilərinə, qocalara və risk qrupuna daxil olan digər kateqoriyadan olanlara veriləcək. Bu, ölüm hallarının sayını azaltmağa və səhiyyə sistemini dəstəkləməyə imkan verəcək. Lakin bundan sonra virusun yayılması üçün daha çox imkanlar yaranacaq", - deyə doktor Tedros bildirib.
O, ÜST-də vaksinlərin effektivliyi ilə bağlı xəbərləri "ehtiyatlı nikbinliklə" qəbul etdiyini və hazırda vəziyyətin bir çox ölkələrdə ürəkaçan olmadığını qeyd edib.
"Bəzi ölkələrdə xəstələrin sayının artması bizi çox narahat edir. Avropada, Cənubi və Şimali Amerikada səhiyyə sistemləri və tibb işçiləri bu sahədə daha çox çalışırlar", - deyə doktor Tedros vurğulayıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
"Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ
Rejim dəyişikliyi yoxsa hakimiyyətin xilası? – İranda nələr baş verir?
Hakan Fidan Rusiyaya səfər edəcək
Elçibəy Heydər Əliyevə üç dəfə xüsusi təyyarə göndərmişdi
Fərhad Mehdiyevin qızı faciəvi şəkildə həyatını itirdi
Ağ Ev yaxınlığında HƏYƏCAN - Hücum edildi
Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar
DÇ-2026: Argentina və Fransa mübarizəyə qoşulur
Fransa və Argentina mübarizəyə qoşulur - DÇ-nin təqvimi
Türkiyədə avtomobilin dərəyə aşması nəticəsində 3 uşaq ölüb
Sumqayıtda 4000 manatlıq qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən saxlanıldı
Avropa Liqası: "Qarabağ"ın rəqibi bəlli olacaq
Mən olmasaydım, İsrail mövcud olmazdı - Tramp
Gəncədə iki avtomobil toqquşub - Xəsarət alanlar var