ÜST-dən XƏBƏRDARLIQ: "Tələsməyin..."

ÜST-dən XƏBƏRDARLIQ: "Tələsməyin..."Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa ölkələrini koronavirusa qarşı mübarizədə karantin qaydalarının erkən yumşaldılması üçün tələsməməyə çağırıb.
Publika.az xəbər verir ki, beynəlxalq təşkilatın Avropa bürosunun rəhbəri Hans Kluqe yoluxma səviyyəsinin hələ də yüksək olması və səhiyyə sisteminin ciddi şəkildə yüklənməsi barədə xəbərdarlıq edib. O bildirib ki, yoluxma səviyyəsini aşağı salmaq üçün uzunmüddətli və qətiyyətli səylərin göstərilməsi tələb olunur: "Biz ağır dərslər aldıq – tələsik açmaq və bağlamaq, sonra yenidən hər yeri açmaq uğursuz strategiyadır. Biz səbirli olmalıyıq. Vaksinasiyanı həyata keçirmək üçün zamana ehtiyac var".
H.Kluqe Avropa ölkələrindəki vəziyyəti "pandemik paradoks" adlandırıb. O bildirib ki, bir tərəfdən Avropanın 35 ölkəsində artıq 25 milyon peyvənd dozası vurulub. Bununla yanaşı, qitədə digər virus mutasiyaları geniş yayılmağa başlayıb. Hazırda Avropanın 33 ölkəsində Böyük Britaniya, 16 ölkədə isə Cənubi Afrika Respublikasında aşkarlanan virus ştamlarının yayılması təsdiqlənib. Ona görə də indi Avropanın 25 ölkəsində qüvvədə olan karantin qaydalarının yumşaldılması üçün tələskənlik etmək düzgün olmazdı.
H.Kluqe, eyni zamanda, müsbət irəliləyişlərin olduğunu da diqqətə çatdırıb. Qeyd edilib ki, peyvəndlərin səmərəliliyi və təhlükəsizliyi sübuta yetirilib və onların uğurla tətbiqi səhiyyə sistemləri üzərindəki ağır yük və təzyiqi yaxın müddətdə aradan qaldıracaq. Ona görə zamanla yarışda insanlar səbirli olmalı, əhalinin müəyyən bir hissəsinin peyvəndlənməsi başa çatanadək karantin qaydalarının qüvvədə qalması diqqət mərkəzində saxlanmalıdır.

Dünya       Tarix: 28 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən yeni xəbərlər cəbhədən son dəqiqə son xeberler bugun 2026 muharibe en son xeberler bu gun