ÜST Şamaxıda tibb işçilərinin ehtiyacları ilə maraqlanıb

ÜST Şamaxıda tibb işçilərinin ehtiyacları ilə maraqlanıbÜST Şamaxıda tibb işçilərinin ehtiyacları ilə maraqlanıb
Missiya ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ÜST-nin Sağlam Həyat naminə Qlobal Fəaliyyət Planı tərəfindən maliyyələşdirilən "COVID-19 pandemiyası zamanı artıq ölüm hallarının qarşısının alınması - PROACT-QAYĞI" layihəsi çərçivəsində baş tutub. 
"PROACT-QAYĞI" layihəsi COVID-19 kontekstində vacib səhiyyə xidmətlərinin göstərilməsində yarana biləcək kəsintilərin qarşısını almaq üçün ilkin səhiyyə sisteminin gücləndirilməsi məqsədi daşıyır. Həmçinin layihə Azərbaycan üçün məqsədəuyğun ilkin səhiyyə sistemi modelinin yaradılmasını nəzərdə tutur ki, bu model genişləndirilərək ölkənin digər ərazilərində də tətbiq edilə bilər.
Səhiyyə işçiləri üçün təlim ehtiyaclarını öyrənmək məqsədilə yeddi fokus qrup müzakirəsi təşkil edilib. Bu müzakirələrdə Şamaxıdakı ilkin səhiyyə xidməti göstərən 27 tibb müəssisəsində - 14 kənd həkim məntəqəsi, 11 kənd tibb məntəqəsi və iki Ailə Sağlamlıq Mərkəzində çalışan 45 səhiyyə işçisi iştirak edib. Müzakirələr nəticəsində Şamaxı rayonunda çalışan səhiyyə işçilərinin mövcud bilikləri və öyrənmə ehtiyacları barədə dəyərli bilgilər əldə edilib ki, bu məlumatlar onların ehtiyaclarına uyğunlaşdırılmış təlim modullarının yaradılması üçün istifadə ediləcək. 
ÜST ekspertləri və TƏBİB-in nümayəndəsindən ibarət olan missiya, həmçinin Şamaxı Mərkəzi Rayon Xəstəxanasının direktoru Dr. Ehtiram Rüstəmzadə və Rayon İcra Hakimiyyətinin təmsilçisi ilə görüşüb. Missiya üzvləri E.Rüstəmzadə ilə səhiyyə işçilərinin bilik və bacarıqlarının artırlması istiqamətində planlarını müzakirə ediblər.
"Missiya hərtərəfli məhsuldar oldu, çünki onun məqsədləri çox aktual məsələləri əhatə edirdi. Deyə bilərəm ki, bizim bu görüşümüz çoxdan gözlənilən görüş idi", - deyə E.Rüstəmzadə qeyd edib. Missiya üzvləri həmçinin COVID-19-la mübarizə səylərini dəstəkləmək üçün ÜST adından Şamaxı Mərkəzi Rayon Xəstəxanasına 12 500 tibbi maska təqdim ediblər. 
Missiya çərçivəsidə ilkin səhiyyə xidmətlərindən istifadənin hazırkı vəziyyətini öyrənməyin ilk addımı kimi yerli əhali ilə altı fokus qrup müzakirəsi keçirilib. Şamaxı şəhəri, Əhmədli və Qəleybuğurd kəndlərində keçirilmiş bu müzakirələrdə 40-dan çox yerli sakin iştirak edib. Əldə edilən məlumatlar layihənin planlaşdırılması və icrası, xüsusilə də ilkin səhiyyənin əlçatanlığına dair rayonda keçiriləcək telefon sorğusunun hazırlanması üçün istifadə ediləcək.
"Biz bu səfərdən çox şey öyrəndik. Biz indi Şamaxıdakı yerli əhali və səhiyyə işçilərinin ehtiyaclarını daha dərindən başa düşürük. Onların gözləntiləri və daha yaxşı ilkin səhiyyə üçün necə əməkdaşlıq edə biləcəyimizə dair daha aydın təsəvvürə malikik", - deyə, ÜST eksperti və missiyanın rəhbəri Dr. Halil İbrahim Durak bildirib. O deyib ki, "bu, bizim yaxından ilk birgə çalışmağımız idi, lakin sonuncu olmayacaq. Biz birlikdə işləyəcək, birlikdə öyrənəcək, birlikdə dəyişəcək və əlbəttə ki, heç kəsi diqqətdən kənarda qoymayacağıq". 
Missiya "PROACT-QAYĞI" layihəsi çərçivəsində gələcəkdə yaxından əməkdaşlıq ediləcək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə Bakıda keçiriləcək görüşlərlə yekunlaşacaq. 
ÜST Şamaxıda tibb işçilərinin ehtiyacları ilə maraqlanıbÜST Şamaxıda tibb işçilərinin ehtiyacları ilə maraqlanıbÜST Şamaxıda tibb işçilərinin ehtiyacları ilə maraqlanıb

Sosial       Tarix: 25 dekabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun 2026 enson xeberler son xeberler az cəbhədən xəbər