Üzüyü qaytarmaq istəyən 16 yaşlı nişanlısını öldürdü

Üzüyü qaytarmaq istəyən 16 yaşlı nişanlısını öldürdüAbşeron rayonunun Hökməli qəsəbəsində 16 yaşlı qızın qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb. 
KONKRET.az xəbər verir ki,Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, yeniyetmə Həsrət Rəcəbovanı qətlə yetirən 1996-cı il təvəllüdlü nişanlısı Murad Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət hadisəsinə gəlincə, bu, 2022-ci ilin oktyabrında baş verib. Muradın cinayət törətməsinə səbəb isə, Həsrətin nişanı qaytarmaq istəyi olub.
Məlum olub ki, H.Rəcəbova 14 yaşında olarkən qohumu Muradla nişanlanıb. Bu təşəbbüs ailələrin olub. Şahid ifadələrinə görə, nişandan sonra qarşı tərəfin istəyi ilə 7-ci sinifdə oxuyan Həsrət təhsilini dayandırıb və bundan sonra məktəbə getməyib.
Məhkəmədə məlum olub ki, məktəbin təlim-tərbiyə işləri üzrə müavini Həsrətin nəyə görə məktəbə gəlməməsi ilə bağlı maraqlanıb. Yeniyetmənin anası isə cavab olaraq "Xahiş edirəm ki, qızım nişanlı olduğu və nişanlısı məktəbə getməyi qadağan etdiyi üçün onun məktəbdən azad edilməsinə köməklik göstərəsiniz" – məzmunlu ərizə yazıb. Bu ərizə əsasında da Həsrət məktəbdən xaric edilib.
Qızın anasının sözlərinə görə, Həsrətin nişanı qaytarmaq istəməsinin səbəbi Muradın onu çox sıxması olub. İfadəyə görə, nişanlısı Həsrətə hətta toya belə getməyə icazə verməyib:
"Həsrət Murad tərəfindən alınmış mobil telefondan və içində olan SIM-kartdan istifadə edirdi. Hadisədən təxminən bir ay əvvəl Murad evə gəlib Həsrətdən ona verdiyi telefonu istədi, Həsrət də həmin telefonu gətirib onun qabağına atdı. Murad telefona başqa nömrə salıb ona qaytardı. Muraddan nə olduğunu soruşanda o, Həsrətə sinif yoldaşları və rəfiqələri ilə danışmağı qadağan etməsinə baxmayaraq, onun sözünə baxmadığına görə nömrəni dəyişdiyini dedi. Bu hadisədən sonra Həsrət onunla ailə qurmaq fikrindən döndü".
Növbəti günlərdə isə anası ev işləri görmədiyini iddia edərək telefonu Həsrətin əlindən alıb. Qarşı tərəf isə bunun səbəbini öyrənmək üçün onlara gedib. Bu zaman Həsrət bir daha Muradın valideynlərinə nişanı qaytarmaq istədiyini deyib.
Hadisədən bir gün sonra isə Murad Həsrətgilə gedərək həyətdə olan anasına qızıyla barışmaq üçün gəldiyini deyib və evə girib. Bu zaman Murad nişanlısına dörd bıçaq zərbəsi yetirərək onu öldürüb.//Qafqazinfo

Hadisə       Tarix: 20 iyul 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Zaqatalada yeniyetmə dəm qazından boğulub. xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Tanınmış futbolçu faciəvi şəkildə öldü

Rusiyanın Barnaul şəhərinin "Polimer" futbol klubunun hücumçusu Daniil Vinter yol qəzasında ölüb. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə oktyabrın 15-də axşam saatlarınd

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxəbərlər sou xeberler xəbər ən son xəbərlər