Valideyn komitələrinin fəaliyyəti 8 Martda, Müəllimlər Günündə pul yığmaqdan ibarətdir
"Hazırda məktəblərdə valideynlər tərəfindən könüllü şəkildə yaradılan valideyn komitələrinin heç bir hüquqi əsası yoxdur. Onlar məktəbin strukturuna daxil deyillər".
azxeber.com xəbər verir ki, bu sözləri Xəzər TV-də yayımlanan "Xəbər ertəsi" verilişində təhsil eksperti Kamran Əsədov səsləndirib.
Ekspertin sözlərinə görə, məktəblərdə baş verən neqativ halların fonunda daha çox valideyn komitələrinin fəaliyyəti diqqət çəkir:
"Hazırda ölkədə təxminən 80 min orta məktəb sinfi var. Bu o deməkdir ki, 80 min valideyn komitəsi mövcuddur. Amma onların nə nizamnaməsi, nə də fəaliyyət istiqaməti müəyyənləşdirilib. Reallıqda isə Valideyn komitələrinin fəaliyyəti əsasən 8 Mart, Müəllimlər Günü kimi bayramlarda pul yığımı ilə məhdudlaşır. Bu isə təhsil adına ləkədir. Burada təşəbbüskar tərəf çox vaxt elə valideynlərin özləridir. Valideyn komitələrinin fəaliyyəti xüsusilə ibtidai siniflərdə daha qabarıq görünür".
Kamran Əsədov əlavə edib ki, belə komitələrin fəaliyyəti digər ölkələrdə də mövcuddur:
"Lakin orada bu işlər müvafiq əsasnamə və qaydalar əsasında həyata keçirilir. Bizdə də bu istiqamətdə yenidən baxış olmalı, müvafiq dəyişikliklər edilməlidir. Məktəb-valideyn münasibətləri müəyyən struktur çərçivəsində tənzimlənməlidir. Bunun üçün isə hüquqi əsas vacibdir".
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) bildirilib ki, hazırda hər bir ümumi təhsil müəssisəsində məktəb və sinif valideyni komitələri fəaliyyət göstərir:
"Onlar öz işində "Ümumitəhsil məktəbinin valideyn komitəsi haqqında əsasnamə"ni, məktəbin iş planını, valideyn yığıncaqlarının və pedaqoji şuraların qərarlarını, həmçinin məktəb direktorlarının və sinif rəhbərlərinin tövsiyələrini rəhbər tutur. Komitələr məktəblə daim əlaqədə olur, məktəb-valideyn və məktəb-şagird münasibətlərinin tənzimlənməsində iştirak edirlər".
Şahanə Ziyad
Turlar.az [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi