Vaqarşak Akopyan: "Rusiya bizi meydanda tək qoydu"
Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsi hər iki ölkədə müxtəlif səviyyələrdə müzakirə olunur. Rusiya Ermənistanı, qarşı tərəf isə müttəfiqini ittiham edir. Tərəflər müxtəlif arqumentlər gətirərək özlərini haqlı hesab edirlər. Ermənistanda Paşinyan tərəfdarları da baş nazirin tutduğu siyasi kursu dəstəkləyir və ona haqq qazandırır.
KONKRET.az xəbər verir ki, Ermənistan parlamentində hakim "Mülki müqavilə" partiyasını təmsil edən Vaqarşak Akopyan oktyabrın 25-də keçirdiyi brifinqdə Nikol Paşinyanın Avropa Parlamentində rusları qıcıqlandıran çıxışına toxunub: "Hələ 2021-ci ilin mayında Rusiya və KTMT Ermənistan qarşısında götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırtdı. Bizi döyüş meydanında tək qoydular və heç bir kömək etmədilər. Baş nazir də mesajı məhz onlara ünvanlanlayıb və əminəm ki, Paşinyanın mesajı öz ünvanına çatıb".
Akopyan daha sonra bildirib ki, Rusiya Dövlət Dumasının Ermənistan vətəndaşlarının sürücülük vəsiqələrinin tanınması haqqında qanun layihəsinə baxılmasını qeyri-müəyyən müddətə təxirə salmaq qərarı Moskvanın Paşinyana münasibəti kimi qiymətləndirilməməlidir: "Gündəliyimizdə xarici siyasət vektorunun dəyişdirilməsi məsələsi yoxdur. Biz Rusiya ilə əməkdaşlığı belə təsəvvür etmirdik. Ermənistan KTMT-nin üzvüdür və heç hara getmək fikri də yoxdur. Biz Avrasiya İqtisadi Birliyinin də bir hissəsi idik və qalırıq", – Akopyan bu fikirləri "Ermənistanın KTMT təlimlərində iştirakdan niyə imtina etdi?" sualına cavabında deyib.
Vəli Həsənov
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ