Vardanyandan İLK ADDIM - Qarabağda Moskvanın gizli ssenarisi İŞƏ DÜŞDÜ
Xəbər verdiyimiz kimi, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Xankəndidəki separatçı rejimin "dövlət naziri" vəzifəsini icra etməyə başlayıb. Vardanyan yeni işində geniş səlahiyyətlərə malik olacaq və faktiki olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə "1 nömrəli cinayətkar" olacaq. Təbii ki, onlara komandanlıq edən general Andrey Volkovu geridə qoayaraq…
KONKRET.az-ın Haqqin.az-a istinadən məlumatına görə, Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Xankəndinə köçməsinin Moskvanın planı olması versiyası Rusiya və Ermənistan mətbuatında o qədər təkrarlanır ki, artıq hamılıqla qəbul olunub. Əgər bu doğrudursa o zaman Kreml Qarabağda erməni separatizminin ikinci dalğasına başlamaq qərarına gəlib.
Xatırladaq ki, 1998-ci ildə Qarabağda millətlərarası münaqişənin sülh yolu ilə həllinə mane olmaq üçün Rusiya Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı devirərək, separatçı hərəkatın liderlərindən biri, terror briqadalarının rəhbəri Robert Roberti hakimiyyətə gətirdi.
İndi də, 34 ildən sonra Moskva "Xankəndindəki öz adamına" – təkcə sözdə deyil, əməldə də fəallıq göstərməyi bacaran Ruben Vardanyana arxalanaraq eyni addımı təkrarlayır.
Görünür, istefada olan Moskva oliqarxı nəinki Arayik Arutyunyanı və onun yaxın çevrəsini sükandan uzaqlaşdırmağa, həm də Rusiya kontingentinin komandiri, general-mayor Andrey Volkovla "ortaq dil" tapmağa nail olub. KİV-in məlumatına görə, Vardanyan Volkova Moskvanın mərkəzində dəbdəbəli mənzil hədiyyə edib, həmçinin rusiyalı generalın qohumlarını onun biznes müəssisələrində işləməsinə şərait yaradıb.
Vardanyanın Xankəndindəki son mitinqi tam maliyyələşdirdiyi, hətta Ermənistandan yüzlərlə insanın avtobusla daşınmasını da öz üzərinə götürdüyü, üstəlik, bunu fiqurlar vasitəsilə etdiyi iddia edilir.
Günel Mikayılova,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü