Vardanyanın məhkəməsində ortaya çıxan dəhşətli məqamlar – "2020-ci ildən sonra…"

Vardanyanın məhkəməsində ortaya çıxan dəhşətli məqamlar – Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyanın məhkəmə prosesi davam edir. Sonuncu prosesdə ona ünvanlanmış suallar böyük maraq doğurub.
Belə ki, Qarabağ ərazisində müxtəlif yaş kateqoriyalarından olan şəxslər üçün hərbi təlimlərin keçirilməsi, bu məqsədlə hərbi düşərgələrin yaradılması, müxtəlif fondlar və fiziki şəxslərdən bilavasitə terrorçuluqla bağlı təlimləri maliyyələşdirmək məqsədilə vəsaitlərin toplanması, təhlükəsizlik məsələləri üzrə ekspert adı altında fəaliyyət göstərən "27 Komitəsi" hərəkatının təsisçisi və sədri Poqosyan Vladimir Sergeyeviçlə münasibətləri, aralarında Azərbaycana qarşı işbirliyinin olması və s. kimi mühüm məsələlər səsləndirilib. Məhkəmədə hazırkı mərhələdə belə fikirlərin səsləndirilməsi onlarda həqiqət payının olmasından xəbər verir.
Məhkəmədə üzə çıxan faktlar hansı proseslərə səbəb ola bilər?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, Azərbaycan xalqına qarşı ağır cinayətlər, terrorçuluq, onu maliyyələşdirmə, hakimiyyəti qanunsuz olaraq zəbtetmə, Azərbaycan sərhədlərini qanunsuz olaraq pozmaq və s. kimi cinayətlərdə adı çəkilən şəxslərlə bağlı məhkəmədə bir sıra ciddi məqamlar aşkar olunub:
"Arayik Arutyunyan və "rəhbərlik" etdiyi qruplaşmanın, özlərinə müxtəlif vəzifələr vermiş şəxslərin, Ruben Vardanyanın da məhkəməsində bir sıra gizlinlər aşkar olunmaqdadır. Ermənistana rəhbərlik edən şəxslərin həmin cinayətlərdə əllərinin olub-olmaması müəyyənləşdirilməkdədir. Ruben Vardanyana görə narahat olan Avropa, Rusiya və Ermənistanın əsas məqsədi ortaya çıxır. Onların əsas narahatlığı Vardanyanın ayrı-ayrı banklarda olan pullarıdır. Bu səbəbdən Azərbaycana qarşı əsassız iddialar səsləndirilir".
Vardanyanın məhkəməsində ortaya çıxan dəhşətli məqamlar – Xəyal Bəşirov
Politoloqun sözlərinə görə, Ermənistan törədilən cinayətlərin bir ucunun onlara gedib çıxmasının ifşa olunmasından qorxur:
"Ruben Vardanyan bir sıra güclər, ayrı-ayrı təşkilatlarla, fərdlərlə əlaqəli şəkildə Azərbaycana qarşı cinayətlərin törədilməsində iştirak edib. Onların maliyyələşdirilməsində böyük rol oynayıb. Məhkəmədə Vardanyanın qarşısına qoyulan sualların ciddi əsası var. Çünki bu suallarla bağlı ibtidai istintaq mərhələsində də araşdırma aparılıb. Həmin ittihamlar öz təsdiqini tapdığı üçün prokurorluq bununla bağlı suallar verib. İttihamların məhkəmə istintaqı səviyyəsində aparılması ilə əlaqədar proses davam edir. Azərbaycan həmin şəxslərə qarşı tam ədalətli, şəffaf prosesin baş tutmasına çalışır. Bu növbəti nümunəvi addımdır".
Xəyal Bəşirov qeyd edir ki, Vardanyana ünvanlanan sualların çoxuna hələ Rusiya vətəndaşlığından imtina edib, Ermənistan vətəndaşlığını qəbul edərək Qarabağa qanunsuz olaraq gəldiyi zaman o, çıxışlarında bir növ cavab vermişdi:
"Guya ermənilər üçün canını belə qurban verməyə hazır olduğunu göstərmək istəyirdi. Bu gün Vardanyana o vaxt müsahibələrində səsləndirdiyi fikirlərə dair suallar verilir. Bütün bunlar əsaslıdır. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan heç kəsi cinayətkar hesab edə bilmərik. Çünki Azərbaycan hüquqi dövlətdir və kiminsə, cinayətkar olması məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunmalıdır.
Hər kəsə məlumdur ki, adı çəkilən şəxslərin Azərbaycan ərazisində mövcud olmasının özü qanunsuzdur. Onlarım ölkəmizə və xalqımıza qarşı qərəzli yanaşmaları göz önündədir".

Siyasi       Tarix: 06 mart 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber son xəbərlər bugün 2026 son xeberler bugun xəbər.az