Vasif Talıbova diplomu kim verib? - Misir Mərdanovdan açıqlama
"Bakı Dövlət Universitetinin (BDU) diplomunu Vasif Talıbova mən verməmişəm".
azxeber.com xəbər verir ki, bunu modern.az-a açıqlamasında sabiq təhsil naziri, BDU-nun keçmiş rektoru (1996-1998-ci ildə) Misir Mərdanov bildirib.
O, Naxçıvan Ali Məclisinin eks-sədri Vasif Talıbova BDU-nun saxta diplomunu verməsi barədə deyilənlərin doğru olmadığını vurğulayıb.
"Mən BDU-da rektor olan zaman 15-16 fakültə, minlərlə tələbə olub. Tələbə təhsil alır, sonra ona diplomu müəssisə verir, rektor diplom vermir. Məncə, Vasif Talıbov universiteti bitirəndə mən artıq təhsil naziri idim. Ona görə də bu iddialar əsassızdır. Kimin dərsdə iştirak edib-etmədiyini də rektor bilə bilməz, 15 min tələbənin davamiyyətini mən necə izləyə bilərəm? Bu cür söhbətlərin olmasının heç bir mənası yoxdur", - Misir Mərdanov əlavə edib.
Qeyd edək ki, ötən gün Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verən Vasif Talıbovun diplomunun saxta olduğu deyilir. Məlumata görə, o, BDU-da hüquqşünaslıq ixtisası üzrə ikinci təhsil alıb və 1998-ci ildə ali məktəbi bitirib. V.Talıbov həmin illərdə Azərbaycan Milli Məclisinin deputatı və Naxçıvan Ali Məclisinin sədri olub.
İddia olunur ki, V.Talıbov saxta diplomu M.Mərdanovun rektor işlədiyi dövrdə alıb.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var